Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Ankaradakı təyyarə qəzasında həlak olan Liviya rəsmilərinin cəsədləri məhkəmə-tibbi ekspertizaya təhvil verilib

    24 Dekabr 2025 21:45
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ankaradakı təyyarə qəzasında həlak olan Liviya rəsmilərinin cəsədləri məhkəmə-tibbi ekspertizaya təhvil verilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Ankarada baş verən təyyarə qəzasında həlak olan Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Məhəmməd Əli əl-Həddad, onu müşayiət edən dörd nəfər və üç nəfərdən ibarət uçuş heyətinin cəsədləri Ankara Məhkəmə-Tibbi Ekspertiza Qrupuna gətirilib.

    AzerVoice-un məlumatına görə, Liviya və Türkiyə rəsmilərinin iştirakı ilə aparılan ilkin baxışdan sonra cəsədlər məhkəmə-tibbi ekspertiza müayinəsi və yarılma prosedurlarının aparılması üçün aidiyyəti quruma təhvil verilib.

    Məlumata əsasən, şəxsiyyətlərin dəqiq müəyyənləşdirilməsi məqsədilə qəza nəticəsində həlak olan şəxslərin yaxın qohumlarından DNT nümunələrinin götürülməsi nəzərdə tutulur. Məhkəmə-tibbi prosedurlar başa çatdıqdan sonra cəsədlərin yaxınlarına təhvil veriləcəyi bildirilib.

    Qeyd olunub ki, həlak olan şəxslərin cəsədləri sabah Mürted Hərbi Hava Bazasında keçiriləcək rəsmi vida mərasimindən sonra mənsub olduqları ölkəyə göndəriləcək.

    Ankarada baş verən təyyarə qəzası ilə bağlı bir sıra ərəb ölkələri tərəfindən başsağlığı mesajları yayımlanıb. İordaniya, Suriya, Birləşmiş Ərəb Əmirlikləri və Fələstin Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Məhəmməd Əli əl-Həddad və onunla birlikdə həlak olan nümayəndə heyəti üçün baş sağlığı verib.

    İordaniya Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında qəza nəticəsində həyatını itirən şəxslərlə bağlı Liviya hökumətinə və xalqına başsağlığı ifadə olunub, bu ağır hadisə ilə əlaqədar Liviya ilə həmrəylik nümayiş etdirildiyi vurğulanıb.

    Suriya Xarici İşlər Nazirliyi tərəfindən yayımlanan açıqlamada da Liviya hökuməti və xalqına başsağlığı verilib, həlak olan hərbi nümayəndə heyətinin ailələrinə səbir dilənib. Açıqlamada iki ölkə arasında mövcud olan əlaqələrə diqqət çəkilib.

    Suriya Müdafiə Nazirliyi də baş verən hadisə ilə bağlı Liviya Müdafiə Nazirliyinə rəsmi başsağlığı ünvanlayıb.

    Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi yaydığı açıqlamada Liviya hökuməti və xalqı ilə həmrəylik ifadə edib.

    Fələstin Xarici İşlər Nazirliyi də təyyarə qəzasında həlak olan Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və onu müşayiət edən heyət üçün Liviya tərəfinə başsağlığı verib, mərhumların ailələrinə səbir diləyib.

    #Ankaradakı təyyarə qəzasında həlak olan Liviya rəsmilərinin cəsədləri məhkəmə-tibbi ekspertizaya təhvil verilib #Liviya Baş Qərargah rəisinin ölümü ilə nəticələnən qəza üzrə prosedurlar başlayıb #Ankarada baş verən aviasiya qəzası: DNT identifikasiyası aparılacaq #Liviya hərbi nümayəndə heyətinin həlakı ilə bağlı regional ölkələrdən başsağlığı mesajları #Bodies of Libyan Officials Killed in Ankara Crash Sent for Forensic Examination #DNA Identification to Be Conducted After Ankara Plane Crash #Regional Countries Express Condolences to Libya After Crash #Ankara plane crash #Libya delegation #chief of staff
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail "erməni soyqırımı" iddiaları ilə bağlı qərar layihəsi hazırlayır

    26 İyun 2026 11:28

    Türkiyə Yüzili hədəfləri üçün Ərdoğanın prezident olması vacibdir - Mehmet Uçum

    26 İyun 2026 10:18

    ABŞ Türkiyəyə reaktiv mühərrik satışı üçün Konqresə müraciət etdi

    26 İyun 2026 09:41

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuelaya başsağlığı göndərib

    25 İyun 2026 18:10

    TAYFUN Blok-2 raketlərinin qəbulu tamamlandı - Türkiyə MN

    25 İyun 2026 13:41

    Azərbaycan şirkətlərinin Türkiyəyə sərmayəsi 200 milyon lirəni ötüb (ÖZƏL)

    25 İyun 2026 11:56

    ABŞ şirkətlərinin Türkiyəyə sərmayəsi 9 milyard lirəni ötüb (ÖZƏL)

    25 İyun 2026 11:11

    Azərbaycan və Türkiyə İslam dünyasında mühüm rol oynaya biləcək ölkələrdir - Numan Kurtulmuş

    24 İyun 2026 16:35

    Türkiyə Rusiyadan cinayətkarların Türkiyəyə qaytarılmasını tələb edib

    24 İyun 2026 16:26

    Ərdoğan Trampla görüşü təsdiqlədi - NATO Zirvəsində ikitərəfli danışıqlar gözlənilir

    24 İyun 2026 16:21

    Ərdoğandan müxalifətə sərt mesajlar - Paralel idarəetmə siyasəti iflic edir

    24 İyun 2026 14:03

    Ankarada İŞİD-ə qarşı əməliyyat: Silahlı qarşıdurmada bir terrorçu zərərsizləşdirildi

    24 İyun 2026 13:47
    XƏBƏR LENTİ

    İsrail "erməni soyqırımı" iddiaları ilə bağlı qərar layihəsi hazırlayır

    Xankəndidə hərbi yürüş keçirilib

    AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə olunub

    Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

    Türkiyə Yüzili hədəfləri üçün Ərdoğanın prezident olması vacibdir - Mehmet Uçum

    Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib

    Trampın İranla bağlı iddiasına Tehrandan cavab - ABŞ yalan danışır

    Ukrayna Rusiyaya qarşı 40 günlük xüsusi əməliyyata başlayır

    ABŞ Türkiyəyə reaktiv mühərrik satışı üçün Konqresə müraciət etdi

    Venesuelada ölənlərin sayı 235-i keçdi, beynəlxalq yardım səfərbər olunub

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.