Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib

    26 İyun 2026 10:13
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

    Bu barədə məlumat Müdafiə Nazirliyinin rəsmi saytında dərc olunub.

    Nazir Azərbaycan Respublikasının müdafiə qüdrətinin artırılması naminə müqəddəs və şərəfli xidmətlərində şəxsi heyətə uğurlar arzulayıb.

    "Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordu quruculuğu müstəqilliyini əldə edən ölkəmizdə tarixi varislik prinsipi əsasında müasir mərhələyə qədəm qoymuşdur. 26 iyun 1918-ci ildə yaradılan Əlahiddə Azərbaycan Korpusu Cümhuriyyət Ordusunun hüquqi bazasını təşkil etmişdir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı tarixi Fərmanla 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Silahlı Qüvvələr Günü kimi respublikamızda hər il təntənəli şəkildə qeyd olunur.

    Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu ordu quruculuğu sahəsində də uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ölkəmizin müdafiə məsələlərini daima prioritet məsələ hesab etmişdir. Bu istiqamətdə atılan addımlar ölkədə həyata keçirilən islahatların əsas tərkib hissələrindəndir.

    Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı parlaq qələbə və həyata keçirdiyi uğurlu antiterror əməliyyatı nəticəsində işğalda olan torpaqlarımız azad olunmuşdur. Ötən il Bakı şəhərində keçirilən 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş təntənəli parad ölkəmizin hərbi qüdrətinin gündən-günə artırılmasının nəticəsi və dünyada nümayişidir.

    2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin tarixi Sərəncamı işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma, bərpa və abadlıq işlərinin aparılmasına böyük töhfədir", - deyə o bildirib.

    Zakir Həsənov qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Ordusunun şəxsi heyəti Vətənin keşiyində ayıq-sayıq dayanaraq genişmiqyaslı bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə, Böyük Qayıdışa öz layiqli töhfələrini verir.

    "Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda nizamnamələrə daim sadiq qalaraq döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı daha da artıracaqsınız.

    Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsini dərin hörmət və ehtiramla yad edirik. Şəhidlərimizin ailə üzvləri və sağlamlığını itirən döyüşçülərimiz, müharibə veteranları daima dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır. Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində onların sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğı və problemlərinin həlli istiqamətində mühüm addımlar atılır. Şəhid hərbi qulluqçularımızın valideynlərini, ailə üzvlərini, Vətən uğrunda sağlamlığını itirən silahdaşlarımızı, əziz veteranları bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram", - deyə müdafiə naziri əlavə edib

    #Müdafiə Nazirliyi #Azərbaycan Ordusu #müdafiə naziri general-polkovnik Zakir Həsənov #Azərbaycan Respublikası #26 İyun – Silahlı Qüvvələr Günü
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    BƏƏ-nin hava hücumundan müdafiə sistemləri raket təhlükəsi aşkarlayıb

    18 Avqust 2026 20:23

    Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib

    16 Avqust 2026 15:23

    Zakir Həsənov HHM bölmələrinin hərbi infrastrukturuna baxış keçirib

    5 Avqust 2026 10:50

    Küveyt ordusu hava məkanına daxil olan pilotsuz uçuş aparatlarının məhv edildiyini açıqlayıb

    31 İyul 2026 18:30

    Səudiyyə Ərəbistanı yeni çoxtərəfli müdafiə dəniz alyansı təşəbbüsünü müzakirə edib

    30 İyul 2026 20:41

    Müdafiə Nazirliyi: İraq ərazisindən bir neçə dron tutulub məhv edilib

    27 İyul 2026 16:47

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi

    26 İyul 2026 13:36

    Küveyt ordusu sərhədlərin qorunması üçün bütün zəruri tədbirlərin görüldüyünü açıqlayıb

    23 İyul 2026 22:24

    Küveytin Əl-Əbdəli sərhəd-keçid məntəqəsi pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb

    23 İyul 2026 18:41

    Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

    20 İyul 2026 19:44

    Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir

    13 İyul 2026 21:03

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi

    12 İyul 2026 16:15
    XƏBƏR LENTİ

    Almanlar Ukraynanın yanında olmalıdır — Yohann Vadeful

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birinci xanım Mehriban Əliyeva ilə Buxaraya səfərinə dair paylaşım edilib

    Azərbaycanla sülh Ermənistanın Rusiya ilə münasibətlərini dəyişəcək - Paşinyan

    Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər

    Prezident İlham Əliyev Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb

    Liviyada 10 nəfərin edamı ilə bağlı araşdırma tələb olunur

    İranla mübarizədə son mərhələyə daxil oluruq - Skott Bessent

    Səudiyyədə qadınların İKT sektorundakı payı 35%-ə çatdı

    Şotlandiyalı sənətçilər Edinburq festivalından İsraillə əlaqəli sponsorluqdan imtina tələb edir

    Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstanın Özbəkistandakı yeni təyin olunmuş səfiri ilə görüşüb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.