Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyə dünya nizamında mühüm yer tutur - Papa XIV Leo

    27 Noyabr 2025 19:53
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə  dünya nizamında mühüm yer tutur - Papa XIV Leo
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Türkiyəyə səfərdə olan Papa Leo XIV Ankarada Prezident Kompleksində keçirilən tədbirdə çıxışı zamanı bildirib ki, Türkiyə həm bu gün, həm də gələcəkdə Aralıq dənizi regionunun və bütün dünyanın formalaşmasında strateji rol oynayır.

    Dövlət başçısı Rəcəb Tayyib Ərdoğana göstərilən qonaqpərvərliyə görə təşəkkür edən Papa ölkəyə səfərindən məmnunluğunu ifadə edib. O qeyd edib ki, Türkiyənin təbii gözəllikləri insanları “Yaradılışı qorumağa” çağırır, mədəni və mənəvi zənginliklər isə müxtəlif nəsillər, ənənələr və ideyalar birləşdikdə böyük sivilizasiyaların formalaşdığını xatırladır.

    Papa XIV Leo deyib ki, bəşəriyyət tarixində uzunmüddətli münaqişələr olsa da, çətinliklər eyni zamanda “böyük keçmişə sahib olan bir xalq üçün fürsətdir”.

    O, səfər loqosu kimi Çanaqqala körpüsünün seçilməsinin Türkiyənin xüsusi rolunu simvolizə etdiyini bildirib.
    “Bu körpü Türkiyənin daxili müxtəlifliyini birləşdirir və ölkənin Asiya ilə Avropanı, Şərqlə Qərbi bağlayan strateji keçid olduğunu nümayiş etdirir.” - o deyib.

    Papa qeyd edib ki, dünyada cəmiyyətlər getdikcə daha çox qütbləşir və ekstremal mövqelər arasında parçalanır. Onun sözlərinə görə, mərhum Papa Fransiskin “laqeydlik qlobalizasiyasına” qarşı çağırışları bu gün də aktuallığını saxlayır.

    Texnologiyanın ədalətsizliyi azalda biləcəyini, lakin eyni zamanda dərinləşdirə də biləcəyini deyən Papa XIV Leo süni intellektin “insanlığın öz üstünlüklərini və qərəzlərini təkrarladığını” bildirib və bunun ciddi siyasi və beynəlxalq təfəkkür dəyişikliyi tələb etdiyini qeyd edib.

    O əlavə edib ki, ailə ictimai həyatın mərkəzidir və “Türkiyə mədəniyyətində ailənin mövqeyi digər ölkələrlə müqayisədə daha güclüdür”. Papa həmçinin qadınların təhsil, mədəniyyət və siyasətdə artan rolunu vurğulayaraq bunun cəmiyyətin güclənməsinə mühüm töhfə olduğunu deyib.

    Vatikan rəhbəri keçmiş papaların - VI Pavel (1967), II İohan Pavel (1979), Benedikt XVI (2006) və Fransiskin (2014) - Türkiyəyə səfərlərini xatırladaraq, bu ənənənin “dinlərarası dialoq və əməkdaşlıq iradəsinin göstəricisi” olduğunu qeyd edib.

    Qlobal gərginliyin artdığını deyən Papa hazırki dönəmi “Papa Fransiskin adlandırdığı kimi, tədricən inkişaf edən üçüncü dünya müharibəsi riski” adlandırıb. O bildirib ki, bu dinamika insanlığın real problemlər — sülh, aclıqla mübarizə, səhiyyə, təhsil və ekoloji qorunma — üzərində diqqətini yayındırır.

    Çıxışının sonunda o, Vatikanın insan inkişafına yönəlmiş məramlarla dövlətlərlə əməkdaşlığa hazır olduğunu bildirib və xalqları “həqiqət və dostluq içində birgə addımlamağa” dəvət edib.

    Papa XIV Leo səfər çərçivəsində Prezident Ərdoğana Müqəddəs Məkanlara aid təsvirlərin yer aldığı xatirə medalı hədiyyə edib.

    #Rəcəb Tayyib Ərdoğan #Papa Fransisk #Türkiyə mədəniyyəti #Papanın Türkiyəyə səfəri #Papa Leo XIV Ankarada #Aralıq dənizi regionu #Çanaqqala körpüsü #Türkiyənin daxili müxtəlifliyi #Asiya ilə Avropa #Şərqlə Qərb #laqeydlik qlobalizasiyası #Vatikan rəhbəri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

    2 Sentyabr 2026 15:56

    Türkiyə ŞƏT ilə əməkdaşlığını hər sahədə inkişaf etdirməyə çalışacaq - Ərdoğan

    1 Sentyabr 2026 14:03

    Ərdoğan Bişkekə gedir

    31 Avqust 2026 09:38

    Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

    31 Avqust 2026 09:00

    Ərdoğan Zəfər Bayramının ildönümü münasibətilə bəyanat yayıb

    30 Avqust 2026 11:28

    Rəcəb Tayyib Ərdoğan 30 Avqust – Zəfər Bayramı münasibətilə xalqa müraciət edib

    28 Avqust 2026 20:13

    Türkiyə və Səudiyyə Ərəbistanı arasında bərpa olunan enerji sazişi təsdiqlənib

    28 Avqust 2026 09:13

    İsrail mətbuatı SDQ-nin inteqrasiyasına necə reaksiya verdi?

    27 Avqust 2026 15:50

    Ərdoğandan Qarabağ Universiteti ilə bağlı mühüm qərar

    27 Avqust 2026 11:20

    Türkiyə İsrail təyyarəsini vursaydı nə baş verərdi?

    24 Avqust 2026 08:02

    Ankara Netanyahunun beynəlxalq axtarışa verilməsi üçün hərəkətə keçib

    21 Avqust 2026 20:30

    İsrail rəsmilərinin Türkiyəyə qarşı açıqlamaları İsrail müxalifətini narahat edib

    20 Avqust 2026 14:13
    XƏBƏR LENTİ

    Səudiyyə Ərəbistanı Olimpiadada 11 idman növünə fokuslanacaq

    Azərbaycanda da sevilən ərəb ulduzu qayıdır - Şirin Əbdülvahabdan yeni albom müjdəsi

    Dubay birjası Körfəz bazarlarında yüksəlişə yönəlib

    Səudiyyə Ərəbistanında 7 nəhəng su zavodu tikilir - digər ölkələrə su satılacaq

    İslam Hərbi Alyansı və Britaniya terrorla mübarizədə əməkdaşlığı genişləndirir

    Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik - Paşinyan

    Səudiyyə enerji sektoru birinci yarımildə 67 milyard dollarlıq mənfəət əldə edib

    Yəməndə ərzaq böhranı dərinləşir

    İspaniyada Seuta miqrasiya böhranına görə kütləvi etirazlar keçirilib

    Azərbaycan və Çin arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə olunub

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.