#Çirkli pulların yuyulması

ABŞ İranla əlaqəli maliyyə əməliyyatlarına qarşı yeni tədbirlər görəcəyini açıqlayıb. Maliyyə naziri Skott Bessent İran üçün çirkli pulların yuyulmasına yardım edən qurumları xəbərdar edib. Belə qurumların ABŞ dolları sistemindən çıxarılacağı bildirilib. Tədbirlər xarici bank və şirkətləri də əhatə edə bilər. Vaşinqton bununla İranın beynəlxalq maliyyə imkanlarını məhdudlaşdırmağa çalışır. Dollar sisteminə çıxışın itirilməsi hədəfə alınan qurumlar üçün ciddi maliyyə nəticələri yarada bilər. Bessent daha əvvəl İranın xarici iqtisadi əlaqələrinin kəsilməsinin ABŞ-nin əsas məqsədlərindən olduğunu bildirib. Məhdudiyyətlərin tətbiq ediləcəyi qurumların tam siyahısı hələlik açıqlanmayıb.

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən “cinayət məqsədilə təşkilat yaratmaq”, “qanunsuz mərc” və “cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması” maddələri üzrə başladılan istintaq çərçivəsində üç nəfər saxlanılıb, holdinqə daxil olan yeddi şirkətə isə TMSF tərəfindən müvəqqəti idarəçi təyin edilib.

İstanbul Küçükçəkməcə Rayon Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Can Holdinqə bağlı 121 şirkətin əmlakına həbs qoyulub və onlar Əmanətlərin Sığortalanması Fondunun (TMSF) idarəsinə verilib. Maliyyə Cinayətlərini Araşdırma Şurası (MASAK) və digər nəzarət qurumlarının hesabatları əsasında müəyyən olunub ki, holdinq strukturu vasitəsilə mənşəyi bəlli olmayan pullar şirkət hesablarına köçürülüb, bu vəsaitlər müxtəlif şirkətlər arasında dövr etdirilərək gizlədilməyə çalışılıb və vergi öhdəliklərindən yayınmaq üçün saxta sənədlər tərtib edilib.