Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyə müdafiədə strateji gücə çevrilib - Görgün

    29 Avqust 2025 14:56
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə müdafiədə strateji gücə çevrilib - Görgün
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    Türkiyə Müdafiə Sənayesi Başçısı Haluk Görgün, ölkənin idxalçıdan istehsalçı və ixracatçı bir aktyora çevrildiyini elan edib.

    AzerVoice xəbər verir ki, Haluk Görgün Rabitə Müdirliyində keçirilən “Köklərdən Üfüqlərə: Türk Müdafiə Sənayesinin Yükseliş Hekayəsi” panelində çıxış edərək, Türkiyənin müdafiə sənayesindəki transformasiyasını vurğulayıb.

    Görgün, “Bu gün Türkiyə idxal sistemlərinin istifadəçisindən öz yerli sistemlərini dizayn edən, istehsal edən və ixrac edən bir oyunçuya çevrilib,” – deyə bildirib.

    O, Türkiyənin Qurtuluş Savaşı ruhu ilə bugünkü yüksək texnologiya nailiyyətləri arasında əlaqə olduğunu qeyd edərək, müdafiə sənayesinin iqtisadi, hərbi və diplomatik gücə çevrildiyini vurğulayıb. Görgün, 3,500-dən çox şirkət və 100,000-ə yaxın işçinin dəstəyi ilə yerli istehsal nisbətinin 83%-ə çatdığını, 2024-cü ildə isə ixracatın 29% artaraq 7.1 milyard dollara yüksəldiyini açıqlayıb.

    Görgün, “Milli Texnologiya Təşəbbüsü” ilə insansız sistemlər, elektron müharibə, kibertəhlükəsizlik və peyk texnologiyaları kimi sahələrdə Türkiyənin texnologiya istehsal edən bir ölkəyə çevrildiyini qeyd edib. İyul 2025-ci ildə ixracatın 128.4% artaraq 989.6 milyon dollara çatdığını, ilin ilk yeddi ayında isə 4.59 milyard dollara yüksəldiyini bildirib.

    Sədr müavini Ferhat Pirinççi isə “Türkiyə Əsri” vizyonu ilə İHA-lardan döyüş təyyarələrinə və gəmilərə qədər geniş istehsalın davam etdiyini, Türkiyənin dünyada ixracat baxımından 11-ci yerə yüksəldiyini vurğulayıb.

    #Türkiyə #Türkiyə müdafiə sənayesi #Haluk Görgün #Türkiyə Müdafiə Sənayesi İdarəsi #texnologiya #2025 Türkiyə ixracat statistikası #Müdafiə sənayesi əməkdaşlığı #Türkiyədə milli hərbi texnologiyalar #Türkiyə Əsri vizyonu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

    2 Sentyabr 2026 15:56

    Mərmərə dənizində yük gəmisi batıb, 10 dənizçi itkin düşüb

    2 Sentyabr 2026 12:23

    Vaşinqtonda Orta Dəhlizin inkişafı müzakirə olunacaq

    1 Sentyabr 2026 13:53

    Qazaxıstan ŞƏT İnkişaf Bankının yaradılması təşəbbüsünü dəstəkləyir - Tokayev

    1 Sentyabr 2026 12:34

    Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol

    1 Sentyabr 2026 11:31

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    31 Avqust 2026 22:12

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    31 Avqust 2026 21:13

    Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

    31 Avqust 2026 19:32

    Müharibə tərəfləri bölgəni məhv edən prosesi davam etdirir - Hakan Fidan

    31 Avqust 2026 18:58

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

    31 Avqust 2026 18:26

    Ərdoğan Bişkekə gedir

    31 Avqust 2026 09:38
    XƏBƏR LENTİ

    Mərakeş folklorunda müqavimət obrazı "Aişə Qəndişə" obrazı yenidən doğulur

    Səudiyyə Ərəbistanı "Sidr" tankerinin vurulmasına görə İranı qınadı

    Yəmən hökuməti nəzarətindəki hava limanlarının fəaliyyətini qiymətləndirir

    Türkmənistan və Azərbaycan konsulluq əməkdaşlığını müzakirə edib

    Ərəblər Qərbdə müsəlmanların yüksəlişindən niyə faydalana bilmir?

    Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

    Rusiyadan Ermənistana Azərbaycan üzərindən 100 tona yaxın dizel yanacağı ixrac olunacaq

    Azərbaycan və Səudiyyə Ərəbistanı aviasiya əməkdaşlığının genişləndirilməsini müzakirə edib

    Mubadala Energy 2025-ci il üzrə dayanıqlılıq hesabatını açıqlayıb

    BƏƏ daşqın və torpaq sürüşmələrindən zərər çəkən Nepal üçün ikinci yardım təyyarəsini göndərib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.