Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    İstanbul Bələdiyyəsinə qarşı 4-cü korrupsiya əməliyyatı

    23 May 2025 09:35
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İstanbul Bələdiyyəsinə qarşı 4-cü korrupsiya əməliyyatı
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı korrupsiya əməliyyatında 44 nəfər saxlanılıb.

    AzerVoice xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində bələdiyyəyə bağlı İSTAÇ, KİPTAŞ və Yol İstismar İdarəsində qanun pozuntuları aşkarlanıb.

    İstanbul Baş Prokurorluğunun rəhbərliyi ilə həyata keçirilən əməliyyatda 44 nəfər saxlanılıb.

    İstintaqa görə, saxlanılanlar sırasında İBB-nin sədri olmuş Əkrəm İmamoğlunun şəxsi katibi Kadriye Kasapoğlu, mühafizə meneceri Mustafa Akın, baş katibin müavini Gürkan Alpay, KİPTAŞ İdarə Heyətinin sədri Əli Kurt və İSTAÇ İdarə Heyətinin sədri Ziya Gökmen Toğay da yer alır.

    Şübhəlilər barəsində “cinayətkar təşkilata rəhbərlik etmək”, “cinayət təşkilatına üzv olmaq”, “hədə-qorxu ilə tələb etmə”, “məlumatların qanunsuz əldə olunması” və “tender saxtakarlığı” kimi ittihamlarla araşdırma aparılır.

    İstanbul, İzmir, Trabzon, Antalya, Tunceli və Kocaeli şəhərlərində eyni vaxtda keçirilən əməliyyatlar İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi tərəfindən həyata keçirilib.

    Əməliyyat nəticəsində 44 şübhəli yaxalanıb, digərlərinin tutulması istiqamətində axtarışlar davam edir.

    Qeyd edək ki, bu, İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan dördüncü korrupsiya dalğasıdır. İttiham olunanların bəziləri daha əvvəlki əməliyyatlarda saxlanılaraq məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılmışdı.

    #Türkiyə #İstanbul #İzmir #Trabzon #İstanbul Baş Prokurorluğu #korrupsiya #Korrupsiya işi #Ekrem İmamoğlu #İstanbul Böyükşəhər Bələdiyyəsi #korrupsiya iddiaları #Korrupsiya ittihamları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ukraynaya son dərəcə səmərəli səfər həyata keçirdik - Hakan Fidan

    17 İyul 2026 11:48

    Türkiyədə 4 mindən çox şagirdin daşınması üçün tender elan olunub

    16 İyul 2026 16:55

    CANiK PRIME RADIAN Türkiyədə satışa çıxarılıb

    16 İyul 2026 16:27

    Türkiyə bələdiyyəsindən yeni tender elanı — Azərbaycan şirkətləri də iştirak edə bilər

    16 İyul 2026 10:30

    FETÖ artıq istifadə dəyərini itirmiş bir quruluşdur - Hakan Fidan

    15 İyul 2026 14:56

    Hakan Fidan Ukraynaya gedəcək

    15 İyul 2026 13:22

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə səfər edib

    14 İyul 2026 17:39

    Ərdoğan Pakistan Silahlı Qüvvələrinin komandanını qəbul edib

    14 İyul 2026 13:01

    15 İyul dirənişinin dünya demokratiya tarixində bənzəri yoxdur - Prezident Ərdoğan

    14 İyul 2026 10:45

    FETÖ və bənzəri qruplaşmalara qarşı ayıq-sayıq olmalıyıq - Cevdet Yılmaz

    13 İyul 2026 15:22

    Haluk Levent barəsində saxlanılma qərarı verildi

    12 İyul 2026 17:04

    İyun ayında Türkiyədə 61 mindən çox qəza baş verib (ÖZƏL)

    12 İyul 2026 12:30
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 18 İyul

    Tramp Media yeni xidmətlə böyük texnologiya şirkətlərinə meydan oxuyur

    Bitkoin imperiyasında ilk çatlar? Strategy-nin satışı bazarı silkələyib

    ABŞ Boeing 737 MAX və 787 təyyarələri ilə bağlı yeni qərar qəbul edib

    Norveçdə güclü yanğın 50-dən çox evi külə döndərib

    İran Əl-Üdeyd Hərbi Hava Bazasını vurduğunu iddia edib

    Yəməndə husilərdən diqqətçəkən açıqlama - Bütün variantlar masadadır

    Qətərin sərt bəyanatı Yaxın Şərqdə qüvvələr nisbətini dəyişə bilərmi?

    Böyük Britaniyada İranla bağlı yeni casusluq işi açılıb

    ABŞ qüvvələri Çabahar limanındakı müşahidə qülləsini məhv edib - CENTCOM

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.