#İzmir

İzmir Su və Kanalizasiya İdarəsi tərəfindən dizel generator dəstlərinin alınması və quraşdırılması üzrə tender elan olunub. Bildirilib ki, layihə çərçivəsində ümumilikdə 16 ədə dizel generator dəstinin təchizatı və quraşdırılması nəzərdə tutulur. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Layihənin icra müddətinin müqavilə imzalandıqdan sonra 150 təqvim günü olduğu bildirilib.

İzmir mərkəzli 3 vilayətdə terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı 9 şübhəli saxlanılıb. Əməliyyat İzmir, İstanbul və Konya şəhərlərində eyni vaxtda həyata keçirilib. Jandarma qüvvələri tərəfindən müəyyən edilən ünvanlara keçirilən reydlər nəticəsində bütün şübhəlilər saxlanılıb.

İzmir Böyükşəhər Bələdiyyəsinin ESHOT Baş İdarəsi (ictimai nəqliyyat sistemini idarə edən rəsmi qurum) 1432 ədəd akkumulyatorun alınması üçün tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Akkumulyatorlar tenderin nəticələri açıqlandıqdan sonra 105 gün ərzində təhvil verilməlidir.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya son iki həftə ərzində FETÖ-yə qarşı aparılan əməliyyatların nəticələrini açıqlayıb. Nazirliyin məlumatına görə, saxlanılan şəxslərin FETÖ-nün hazırkı şəbəkəsi daxilində aktiv olduğu, gizli əlaqələr saxladığı, təşkilatın nəzarətindəki qurumlara maliyyə dəstəyi göstərdiyi və sosial media üzərindən təbliğat apardığı müəyyən edilib.

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli, İzmirin Balçova rayonunda polis məntəqəsinə silahlı hücumla bağlı yazılı açıqlama yayıb. Hadisəni “xain və vəhşi bir sui-qəsd” adlandıran Bahçeli, baş verənləri Türk millətini dərindən kədərləndirən bir terror aktı kimi qiymətləndirib. Hücum nəticəsində şəhid olan polis müfəttişi və polis əməkdaşı üçün başsağlığı verən Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri, yaralanan əməkdaşlara isə şəfa diləyib.

İzmirin Balçaova bölgəsində polis bölməsinə hücum nəticəsində 2 polis şəhid olub, 1 polis əməkdaşı yaralanıb. Hücumun 16 yaşlı gənc tərəfindən törədildiyi bildirilir. Bu gün səhər saatlarında Balçova rayonunda Salih İşgören Polis İdarəsinə hücum edilib. Ov tüfəngi ilə silahlanmış 16 yaşlı yeniyetmə tərəfindən həyata keçirilən hücumda 2 polis əməkdaşı həlak olub, biri isə ağır yaralanıb. Hadisə yerində araşdırmalar davam etdirilir.

Türkiyənin İzmir şəhərində bu səhər saatlarında təlim təyyarəsi düşüb. Qəza ilə bağlı məlumat alan aidiyyəti qurumlar – təcili tibbi yardım və yanğınsöndürmə briqadaları dərhal hadisə yerinə cəlb olunub. Əraziyə gələn xilasedicilər dərhal axtarış-xilasetmə işlərinə başlayıblar. Verilən rəsmi məlumata görə, təyyarə Selçuk Hava Limanından havalanıb və Torbalının Kırbaş məhəlləsi ərazisində yerə çırpılıb. Qəza nəticəsində təyyarədə olan pilot həyatını itirib. Hadisənin səbəbi ilə bağlı araşdırma aparılır.

Türkiyənin Balıkesir vilayətində 3,9 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb. u barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Yanğın Seferihisar bəndinin yaxınlığındakı meşəlik ərazidə səbəbi hələlik məlum olmayan şəraitdə başlayıb. Güclü küləklər alovun sürətlə yayılmasına səbəb olub. İzmir Meşə Regional Müdirliyinin məlumatına görə, yanğına qarşı 5 təyyarə, 11 helikopter, 21 su maşını, 7 su təchizatı maşını və 2 tikinti texnikası ilə müdaxilə edilir. Ümumilikdə 182 personal alovu nəzarət altına almaq üçün fasiləsiz çalışır. Qeyd edək ki, yanğın Türkiyənin son həftələrdə üzləşdiyi bir sıra meşə yanğınlarından biridir. Ölkənin digər bölgələrində, o cümlədən Aydın, Bolu və Manisada da oxşar hadisələrə qarşı mübarizə aparılır. Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya təyyarəsi də İzmirdəki yanğınların söndürülməsinə dəstək verir. Türkiyə hökuməti vəziyyəti nəzarətdə saxlamaq üçün bütün resursları səfərbər edib, lakin küləkli hava şəraiti yanğınla mübarizəni çətinləşdirir.