Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Otokar Rumıniyada 2,5 milyard avroluq hərbi tenderə qatılır

    5 May 2025 15:33
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Otokar Rumıniyada 2,5 milyard avroluq hərbi tenderə qatılır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Otokar Rumıniyanın 2,5 milyard avroluq nəhəng tenderində iştirak edir.

    AzerVoice xəbər verir ki, Rumıniyanın Müdafiə Nazirliyi 246 ədəd zirehli döyüş maşınının alınması üçün tender elan edib.

    Türkiyənin müdafiə sənayesi şirkəti Otokar bu tenderdə “Tulpar” modeli ilə iştirak etməyə hazırlaşır.

    İki mərhələli proqram çərçivəsində ümumilikdə 298 avtomobilin alınması planlaşdırılır. Layihənin birinci mərhələsinin dəyəri 2,5 milyard avrodan çox, ümumi dəyəri isə 3 milyard avroya yaxın olacaq.

    Yeni zirehli maşınlar Rumıniya Quru Qoşunlarının hərəkətliliyini, atəş gücünü və müdafiə qabiliyyətini artırmaq məqsədi daşıyır. Təchizatların səkkiz il ərzində mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur.

    BSDA 2024 sərgisində Otokar şirkəti “Tulpar” ACV platforması ilə tenderdə iştirak niyyətini açıqlayıb. Şirkətin yerli istehsala və texnologiya transferinə açıq olması Rumıniyanın əsas tələblərinə uyğundur.

    Tenderdə digər iştirakçılar arasında Almaniyanın Rheinmetall (KF41 Lynx), Böyük Britaniyanın BAE Systems (CV90), Cənubi Koreyanın Hanwha (Redback) və İspaniyanın GDELS (ASCOD 2) şirkətləri də yer alıb.

    Qeyd edək ki, Rumıniya Müdafiə Nazirliyi bu proqramı prioritet layihə kimi təsnif edir. Hazırda istifadə edilən sovet mənşəli MLI-84 və MLI-84M “Jderul” platformalarının müasir döyüş tələblərinə cavab vermədiyi bildirilib.

    Bundan əvvəl Otokar 2024-cü ilin oktyabr ayında Rumıniyanın 4×4 Taktik Təkərli Yüngül Zirehli Vasitə tenderini də qazanıb. Bu çərçivədə 1059 COBRA II avtomobili və inteqrasiya olunmuş logistik dəstək təmin olunacaq. Müqavilənin ilkin dəyəri 857 milyon avro, ümumi dəyəri isə 1 milyard dolları keçə bilər.

    #Türkiyə #Rumıniya #Türkiyə müdafiə sənayesi #Otokar #COBRA II #Tulpar #Zirehli döyüş maşınları #Zirehli texnika tenderi #Müdafiə sənayesi ixracı #Rumıniya-Türkiyə müdafiə əməkdaşlığı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

    3 Sentyabr 2026 11:04

    Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

    2 Sentyabr 2026 15:56

    Mərmərə dənizində yük gəmisi batıb, 10 dənizçi itkin düşüb

    2 Sentyabr 2026 12:23

    Vaşinqtonda Orta Dəhlizin inkişafı müzakirə olunacaq

    1 Sentyabr 2026 13:53

    Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol

    1 Sentyabr 2026 11:31

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    31 Avqust 2026 22:12

    Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

    31 Avqust 2026 19:32

    Müharibə tərəfləri bölgəni məhv edən prosesi davam etdirir - Hakan Fidan

    31 Avqust 2026 18:58

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

    31 Avqust 2026 18:26

    Ərdoğan Bişkekə gedir

    31 Avqust 2026 09:38

    Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

    31 Avqust 2026 09:00
    XƏBƏR LENTİ

    519 at güclü 2026 Cadillac Optiq-V sınaqdan keçdi

    Səudiyyə neft sazişindən sərhəd toqquşmalarına: 4 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

    Tarixdə bu gün – 4 Sentyabr

    ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

    İsrail Livanın cənubunda hücumları davam etdirir

    İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens

    Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib

    İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

    ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

    Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.