Türkiyənin xarici işlər naziri Hakan Fidan, Rumıniyanın xarici işlər naziri Oana Toiu ilə keçirilən görüşdən sonra birgə mətbuat konfransında mühüm açıqlamalar verib. Nazirlər ikitərəfli münasibətlər, enerji əməkdaşlığı, müdafiə sənayesi, Karadeniz təhlükəsizliyi, regional proseslər və Qəzzadakı vəziyyəti müzakirə ediblər.
#Rumıniya-Türkiyə müdafiə əməkdaşlığı
Türkiyənin ən böyük zirehli quru vasitəsi ixracında ilk partiya Rumıniyaya göndərilib. AzerVoice xəbər verir ki, Türkiyənin müdafiə sənayesi şirkəti Otokar tərəfindən Rumıniya Müdafiə Nazirliyi ilə imzalanmış 1059 ədəd COBRA II 4x4 zirehli nəqliyyat vasitəsinin təchizatına dair müqavilə çərçivəsində ilk avtomobillər Rumıniyaya çatdırılıb.