Bakı, AzerVoice
Türkiyənin Xarici işlər naziri Hakan Fidan Nyu Yorkda Türkiyə-Latın Amerikası və Karib Hövzəsi Dövlətləri Birliyinin (CELAC) xarici işlər nazirlərinin 5-ci toplantısında iştirak edib.
AzerVoice xəbər verir ki, bu haqda Nazirliyin X sosial media hesabında paylaşım edilib.
İclasda sonuncu dəfə 21 aprel 2017-ci il tarixində İstanbulda keçirilən 4-cü iclasın yekununda qəbul edilən Birgə Bəyannamə, həmçinin aktual qlobal problemlər müzakirə edilib.
2011-ci ilin dekabrında Latın Amerikası boyunca inteqrasiyanı dərinləşdirmək məqsədi ilə yaradılan, Latın Amerikası və Karib hövzəsi regionunun bütün ölkələrinin üzv olduğu CELAC, ikitərəfli əməkdaşlıq qurduğu ölkələrlə görüşlər keçirir.
Türkiyə də Latın Amerikası və Karib hövzəsinə istiqamətli genişlənmə siyasəti çərçivəsində regional təşkilatlarla əməkdaşlığa əhəmiyyət verir.
Qeyd edək ki, Türkiyə ilə CELAC arasında “Türkiyə-CELAC Dördlüyü” Xarici İşlər Nazirləri Toplantılarının ilk üçü 2013, 2015 və 2016-cı illərdə BMT Baş Assambleyasının iclasları çərçivəsində keçirilmişdir.
21 aprel 2017-ci il tarixində İstanbulda keçirilən dördüncü toplantının nəticəsi olaraq dərc edilən Birgə Bəyannamədə Türkiyə ilə CELAC arasında “Siyasi Dialoq və Daimi Əməkdaşlıq Mexanizmi”nin qurulduğu bildirildi.