Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyədə ABŞ əsgərinin başına çuval keçirildi

    3 Sentyabr 2024 19:26
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyədə ABŞ əsgərinin başına çuval keçirildi
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Bazar ertəsi bir qrup şəxs Türkiyənin İzmir limanına gələn ABŞ-a məxsus döyüş gəmisində (USS Wasp) xidmət etdiyi iddia edilən Amerika əsgərinin başına çuval keçirərək, "Yanki, evə get!" şüarları səsləndiriblər.

    AzerVoice xəbər verir ki, bu haqda Türkiyə Gənclər Birliyi (Türkiye Gençlik Birliği, TGB) sosial media hesabında paylaşım etmişdi. Paylaşımda, "Əsgərlərimizin və minlərlə fələstinlinin qanını əllərində daşıyan ABŞ əsgərləri ölkəmizi çirkləndirə bilməz. Bu torpaqlara hər addım atdığınızda sizi layiq olduğunuz kimi qarşılayacağıq!" ifadələrdən istifadə edilmişdir. Hadisə ilə əlaqəsi olduğu təsbit edilən 13 nəfərin saxlanıldığı öyrənilib, polisin araşdırmasının davam etdiyi bildirilib.

    Qeyd edək ki, ABŞ-ın (ABŞ) USS Wasp (LHD-1) adlı amfibiya hücum gəmisi həmin gün səhər saatlarında İzmir limanında lövbər salmışdı. Belə ki, USS Wasp, İran və ya Hizbullahın İsrailə qarşı mümkün hücumlarına qarşı Amerika administrasiyası tərəfindən bölgəyə göndərilən iki Amerika amfibiya hücum gəmisindən biridir. Cənubi Kiprin Limasol limanında 24-cü Xüsusi Təyinat Bacarıqlı Dəniz Piyada Birliyini daşıyan USS Wasp gəmisinin lövbər salması bir qrup insan tərəfindən etirazla qarşılanmışdı.

    Türkiyə Gənclər Birliyinin (TGB) baş katibi Aylin Kum aksiyanın məqsədini və necə həyata keçirildiyini açıqlayıb.

    TGB Baş katibi Aylin Kum, videodakı ABŞ əsgərinin necə təsbit edilməsi ilə bağlı “Aksiyadan əvvəl ona “ABŞ əsgərisən?” deyə soruşduq. "Bəli, biz gəmidəki təyyarədə işləyirik" dedi",- deyə bildirib.

    Türkiyənin müxtəlif şəhərlərində ABŞ əsgərlərinin başına 6 dəfə çuval keçirdiklərini, İzmirdəki hadisənin yeddinci hadisə olaraq qeydə alındığını bildirən Aylin Kum, "Çuval taxmağımızın əhəmiyyətli bir səbəbi var. Bu, 2003-cü ildə İraqın Süleymaniyyə şəhərində qəhrəman Mehmetçikin başına çuval keçirərək üstü açıq bir maşında nümayiş etmələrinə bir cavabdır. Türk əsgərlərinin sahibsiz olmadığının bütün dünyaya elanıdır”,- deyə aksiyanın səbəbini açıqlayıb.

    Türkiyə Gənclər Birliyi anti-Amerika, antiatlantik və Avrasiyaçı ideologiyaları ilə seçilən türk gənclər təşkilatıdır. Bu təşkilat özlərini rəsmi internet saytında “Milli istiqlal məqsədi və Cümhuriyyət İnqilabları ətrafında birləşən Türk Gəncliyinin birgə mübarizə təşkilatı” olaraq təsvir edir.

    Qrup Qərb ölkələrinə, xüsusilə ABŞ-a qarşı müxalifliyi və Vətən Partiyasına yaxınlığı ilə tanınır.

    Türkiyədə ABŞ əsgərinin başına çuval keçirildi
    #Türkiyə #ABŞ əsgəri #Türkiyə Gənclər Birliyinin (TGB)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var

    5 İyun 2026 10:40

    Ankarada Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyətinə həsr olunmuş tədbirlər keçirilib

    4 İyun 2026 17:34

    Cənubi Koreya Türkiyə ilə nüvə enerjisi sahəsində əməkdaşlığı artırır

    4 İyun 2026 16:48

    TDT ölkələrinin mərkəzi banklarının Şurasının növbəti toplantısı Bakıda keçiriləcək

    3 İyun 2026 16:19

    Türkiyədə 4,4 bal gücündə zəlzələ olub

    3 İyun 2026 14:54

    Yaxın şərqdə qalan təyyarəmiz yoxdur - Uraloğlu

    3 İyun 2026 11:23

    8 ölkə İsrailə qarşı birgə bəyanat yayıb

    2 İyun 2026 22:48

    Türkiyəli deputatlar Milli Məclisdə olublar

    2 İyun 2026 20:27

    Donald Tramp NATO Zirvəsinə qatılmağı planlaşdırır - Hakan Fidan

    2 İyun 2026 16:13

    İran XİN rəhbəri ABŞ‑İran danışıqlarını əsaslı şəkildə Türkiyə ilə müzakirə edib

    1 İyun 2026 20:53

    İbrahim Kalın Ankarada HƏMAS heyəti ilə görüşdü

    1 İyun 2026 16:25

    ASELSAN 845 milyon dollarlıq yeni müqavilə imzladı

    1 İyun 2026 11:07
    XƏBƏR LENTİ

    CNN-in İsrail qüvvələrinin Azərbaycan ərazisində yerləşdirilməsi barədə iddiaları əsassızdır - XİN

    İsrailin İrana qarşı Azərbaycan ərazisindən istifadə etməsi uydurmadır - MEDİA

    Azovda xarici yük gəmilərinə dron hücumunda 5 Azərbaycan vətəndaşı həlak olub - XİN

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib

    İran və Pakistanın daxili işlər nazirləri görüşüb - Son gərginliklər fonunda nələr müzakirə olunub?

    Rohingiya müsəlmanlarının problemlərinin həlli üçün Ankara fəal əməkdaşlıq aparır - Hakan Fidan

    BMT Liviyada miqrantların yerləşdirilməsi ilə bağlı iddiaları təkzib edib

    Prezident İlham Əliyev: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib

    Prezident İlham Əliyev 2026-cı il Ümumdünya Ətraf Mühit Günü ilə bağlı müraciət ünvanlayıb

    Akvakultura istehsalı Türkiyə balıqçılıq sektorunun əsas dayağına çevrilib?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.