Bakı,AzerVoice
Türkiyədə 36 rayonda PKK terror təşkilatına qarşı keçirilən “Gürz-8” əməliyyatlarında 222 şübhəli saxlanılıb.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya X sosial media hesabında paylaşım edib.
"Əziz millətimizin bilməsini istəyirəm ki, heç bir terrorçuya göz yummasına icazə verməyəcəyik. Təhlükəsizlik güclərimizin üstün səyləri ilə mübarizəmizi davam etdirəcəyik. Millətimizin həmrəyliyi üçün son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmizi davam etdirəcəyik”,- deyə nazir bildirib.
Əməliyyatlar nəticəsində sənədsiz tapançalar, sənədsiz ov tüfəngləri, külli miqdarda xarici valyuta və türk lirəsi, çoxlu sayda rəqəmsal material və sənəd ələ keçirilib.