Bakı.AzerVoice
İlin ilk 6 ayında İstanbula gələn xarici turistlərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq 8 milyon 562 min 167 nəfərə çatıb.
AzerVoice xəbər verir ki , İstanbul şəhər Mədəniyyət və Turizm Müdirliyinin məlumatına görə, 2023-cü ilin ilk 6 ayında İstanbula 7 milyon 903 min 538 xarici turist gəlib.
Bu ilin eyni dövründə turist sayı 8 faiz artaraq 8 milyon 562 min 167 olaraq hesablanıb. Ötən ilin eyni dövrü ilə müqayisədə xarici turistlərin sayı 658 min 629 nəfər artıb.
Ötən ilin iyun ayında 1 milyon 627 min 57 xarici turistin ziyarət etdiyi şəhərə bu ilin eyni ayında 1 milyon 638 min 399 xarici turist gəlib. Belə ki, iyun ayında gələn xarici turistlərin sayı keçən illə müqayisədə təxminən 1 faiz artıb.
İyun ayında şəhərə gələn turistlərin 1 milyon 582 min 662-si hava nəqliyyatından, 55 min 737-si isə dəniz nəqliyyatından istifadə edib.
İstanbula Atatürk Hava Limanından 1464, Sabiha Gökçen Hava Limanından 419 min 617, İstanbul Hava Limanından isə 1 milyon 161 min 581 nəfər daxil olub.
Tuzla Limanından şəhərə 1728, Karaköy Limanından 48 min 380, Sarayburnu Limanından 3 min 588, Zeytinburnu Limanından 1362, Ambarlı Limanından 301, Haydarpaşa Limanından 214, Pendik Limanından 138, Mərmərə Limanından 26 xarici ziyarətçi gəlib.
Şəhərə gələnlərin 73,39 faizi İstanbul Hava Limanına, 26,51 faizi isə Sabiha Gökçen Beynəlxalq Hava Limanına üstünlük verib.
171 min 633 nəfərlə İstanbula səfər edənlər arasında ilk sırada ruslar qərarlaşıb.
Rusiyanı 112 min 966 nəfərlə ABŞ, 102 min 559 turistlə Almaniya, 96 min 418 nəfərlə İran, 85 min 448 nəfərlə Səudiyyə Ərəbistanı, 65 min 440 nəfərlə İngiltərə, 48 min 331 nəfərlə Fransa, 48 min 331 nəfərlə Özbəkistanı izləyir. 46 min 77 turist və 42 min 649 ziyarətçi ilə İraqı 36 min 766 ziyarətçi ilə İtaliya izləyib.
İyun ayında İstanbula səfər edənlərin 10,48 faizini ruslar, 6,89 faizini amerikalılar, 6,26 faizini almanlar, 5,88 faizini isə iranlılar təşkil edib.
İyun ayında 195 ölkədən Tonqa, Samoa və Tuvaludan bir, Sao Tome və Prinsipi, Papua Yeni Qvineya və Vatikandan iki nəfər İstanbula səfər edib.