Bakı, AzerVoice
Paris La Defense Arenada keçirilən kişilər arasında 1500 metr məsafəyə sərbəst üsulla üzgüçülük üzrə finalda Olimpiya oyunları tarixində üzgüçülük növündə finala yüksələn ilk türk atleti 16 yaşlı Kuzey Tunçelli yarışıb.
AzerVoice xəbər verir ki, final yarışını 14.41.22 göstərici ilə başa vuran gənc milli üzgüçü Olimpiya Oyunlarını beşinci yerdə başa vurub.
“Növbəti Olimpiadada medal qazanacağıma ümid edərək Türkiyəni daha da qürurlandırmaq istəyirəm.” – deyə o qeyd edib.
Hafiz Rufizoğlu