Bakı. AzerVoice:
Türkiyəli idmançı Mete Gazoz ilk dəfə Avropa çempionu olub.
AzerVoice xəbər verir ki, Mete Gazoz Oxçuluq üzrə Açıq Havada Avropa Çempionatının kişilər arasında klassik yay növündə final mrəhələsinə qədər irəliləyib.
Finalda sloveniyalı Den Habjan Malavasiçə qalib gələrək qızıl medal qazanıb.
Xatırladaq ki, 2020-ci ildə Olimpiya, 2023-cü ildə dünya çempionu olan milli idmançı karyerasında ilk dəfə Avropa çempionu olmağı bacarıb.
Hafiz Rufizoğlu