Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Togg T10F Sedan üçün ön sifarişlər başlayır

    4 Aprel 2025 09:38
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Togg T10F Sedan üçün ön sifarişlər başlayır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Togg-un yeni sedan modeli T10F üçün ilkin sifarişlərin aprelin sonu və ya mayın əvvəlində açılması planlaşdırılır, ilk tədarüklər isə iyun və iyul aylarında həyata keçiriləcək.

    AzerVoice xəbər verir ki, Türkiyənin yerli elektrik avtomobili Togg, T10X SUV modelindən sonra sedan modeli T10F-i təqdim etməyə hazırlaşır.

    Daha sərfəli qiymətə satışa çıxarılması gözlənilən bu model, 600 km məsafə qət edəcək və 213 at gücünə malik olacaq.

    T10F modeli, 180 kVt/saata qədər sürətli doldurma imkanı ilə diqqət çəkir. Bu sistem sayəsində avtomobilin batareyası 28 dəqiqə ərzində 20 faizdən 80 faizə qədər dolacaq. Sürücülər üçün uzun məsafəli səyahətləri daha rahat etmək məqsədilə Trugo şarj stansiyalarında daha sürətli enerji yükləmə imkanı yaradılıb.

    Togg T10F üçün satışdan əvvəl müxtəlif maliyyələşdirmə imkanlarının təqdim ediləcəyi gözlənilir. Hazırda fərdi istifadəçilər üçün 500 min TL-yə qədər 12 aylıq 0 faizli kredit təklif edildiyi halda, korporativ istifadəçilər üçün 1 milyon 500 min TL-yə qədər kommersiya maliyyə dəstəyi mövcuddur.

    Qısa mənzilli V1 başlanğıc paketi üçün qiymətin 1,3 milyon - 1,4 milyon TL arasında dəyişəcəyi, uzun mənzilli modeldə isə qiymətin 1,6 milyon - 1,9 milyon TL aralığında olacağı gözlənilir. İlk mərhələdə satışa çıxarılacaq versiyaların əsasən V2 və uzun mənzilli modellər olacağı bildirilir.

    #Türkiyə #TOGG #Elektrik avtomobilləri #T10X SUV #Togg satışları #Avtomobil qiymətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Vaşinqtonda Orta Dəhlizin inkişafı müzakirə olunacaq

    1 Sentyabr 2026 13:53

    Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol

    1 Sentyabr 2026 11:31

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    31 Avqust 2026 22:12

    Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

    31 Avqust 2026 19:32

    Müharibə tərəfləri bölgəni məhv edən prosesi davam etdirir - Hakan Fidan

    31 Avqust 2026 18:58

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

    31 Avqust 2026 18:26

    Ərdoğan Bişkekə gedir

    31 Avqust 2026 09:38

    Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

    30 Avqust 2026 10:40

    Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib

    30 Avqust 2026 09:18

    Qətər və Türkiyə xarici işlər nazirləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə ediblər

    29 Avqust 2026 20:41

    Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb

    29 Avqust 2026 20:09
    XƏBƏR LENTİ

    Qüdsün xilası, Qətərin müstəqilliyi və Livan savaşı: 2 sentyabrda nə baş verdi?

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.