BAKI,
AzerVoice
Türkiyədə Çanaqqala Boğazında sıx duman səbəbindən iki istiqamətli
tranzit gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.
AzerVoice xəbər verir ki , səhər saatlarında açıq dənizdə dumanın daha da sıxlaşması görmə qabiliyyətini məhdudlaşdırıb, bu da gəmi hərəkətinin təhlükəsizliyini riskə atıb.
Çanaqqala Boğazı Gəmi Trafik Xidmətləri Müdirliyi, radio vasitəsilə gəmilərin kapitanlarını məlumatlandıraraq boğazın şimal və cənub istiqamətində tranzit keçidlər üçün bağlandığını elan edib.
Rəsmi açıqlamaya görə, duman çəkildikdən sonra gəmi hərəkətinin normallaşacağı gözlənilir.