Bakı. AzerVoice:
Türkiyənin Bosniya və Herseqovina ilə əlaqələrinin dərinləşməsinə qətiyyətli, səmimi və konstruktiv töhfələri hər zaman davam edəcək.
AzerVoice-un məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovina Prezident Şurasının üzvləri Denis Becirovic, Zeljko Komsiç və Zeljka Cvijanovic ilə 3-cü Antalya Diplomatik Formunda olan görüşü zamanı deyib.
Məlumata görə, görüşdə Türkiyə ilə Bosniya-Hersoqovina arasında münasibətlər, regional problemlər və qlobal problemlər müzakirə olunub.
"Bosniya-Hersoqovinanın birliyini, sülhünü və sabitliyini qoruyub saxlamaq, iki ölkə arasında münasibətləri dərinləşdirmək Türkiyə üçün çox önəmlidir və bizim bu məsələlərdə qətiyyətli, səmimi və konstruktiv töhfələrimiz hər zaman davam edəcək”. - deyə Ərdoğan bildirib.
O, iki ölkənin ticarət həcminin artırılması istiqamətində atılan addımların və bütün sahələrdə əməkdaşlığın davam etdiriləcəyini qeyd edib.
Qeyd edək ki, forumda 60-dan çox dövlətin xarici əlaqələr idarələrinin rəhbərləri, 80 beynəlxalq və regional təşkilatın nümayəndələri iştirak edəcək.
Xatırladaq ki, Antalya Diplomatik Forumu 1-3 Mart tarixlərində keçiriləcək.