#Bosniya və Hersoqovina

İtaliya milli komandasının baş məşqçisi Cennaro Qattuzo yığmanın uğursuz çıxışına görə istefa verməyə hazırlaşır. Bosniya və Herseqovinaya penaltilər seriyasında məğlubiyyət İtaliyanın ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilməməsi ilə nəticələnib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Denis Beçiroviç ilə görüş keçirib. Görüş zamanı Türkiyə ilə Bosniya və Herseqovina arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.

Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya ölkəyə 17 axtarılan şəxsin gətirildiyini açıqlayıb. Yerlikayanın bildirdiyinə görə, bu şəxslər arasında 12 nəfər qırmızı bültenlə, 5 nəfər isə milli səviyyədə axtarılan cinayətkardır. Onların ölkəyə gətirilməsi bir neçə beynəlxalq əməkdaşlıq nəticəsində həyata keçirilib.

1992–1995-ci illərdə Bosniya və Herseqovinada baş verən müharibə zamanı Saraybosna mühasirəsində pullu “həftəsonu snayper səfərləri” təşkil olunmasına dair iddialar İtaliyanın Milan Prokurorluğu tərəfindən araşdırılır. Məsələ, Qərb ölkələrindən gələn şəxslərin yüksək məbləğ ödəyərək mülki şəxslərə atəş açdığına dair məlumatların istintaqa təqdim edilməsindən sonra yenidən beynəlxalq gündəmə çıxıb.

ABŞ-də Bosniya müharibəsi zamanı baş verən “cinayət turizmi” iddiaları ilə bağlı yeni araşdırma başladılıb. ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna, X sosial şəbəkəsində yayılan məlumatlar fonunda, Bosniyada mülki şəxslərə - o cümlədən uşaqlara - pul qarşılığında atəş açıldığı iddialarının artıq rəsmi şəkildə araşdırıldığını bildirib.

Bu gün Bakıda İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda beynəlxalq konfrans keçirilir.