Bakı. AzerVoice:
Eurofighter təyyarələri ilə bağlı Almaniyanın müsbət yanaşması gözlənilir.
AzerVoice bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi mənbələrinə istinadən xəbər verir.
"Türkiyənin milli müdafiə naziri Yaşar Gülər rəsmi dəvətlə İngiltərəyə səfər edib. Səfər zamanı ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bu səfər zamanı gündəm mövzularından biri Eurofighter məsələsi olub. Eurofighter konsorsium ölkələrindən biri olan Almaniyadan bu məsələyə müsbət yanaşma gözlənilir. Böyük Britaniya və istehsalçı şirkət nümayəndələri ilə texniki danışıqlar davam edir”, - deyə məlumatda qeyd edilib.