Qazaxıstan Respublikasında 2026-cı il rəsmi olaraq “Rəqəmsallaşma və Süni İntellekt İli” elan olunub. Fərmanda qeyd olunur ki, qərar ölkədə rəqəmsallaşmanın daha da sürətləndirilməsi və süni intellekt texnologiyalarının bütün sahələrdə geniş tətbiqinin təmin edilməsi məqsədi daşıyır. Sənədə əsasən, fərman imzalandığı gündən qüvvəyə minib.
Türk Dövlətləri
Çanakkale şəhərinin Ayvacık rayonunda 4 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib. Yeraltı təkanlar bu gün saat 15:28-də baş verib. Zəlzələnin yerin təxminən 17,49 kilometr dərinliyində baş verdiyi bildirilib. Açıqlamada bildirilib ki, zəlzələ bölgədə hiss olunsa da, hazırda dağıntı və ya mənfi hal qeydə alınmayıb.
Paris Eurosatory 2024 sərgisində ilk dəfə nümayiş etdirilən 8x8 platformaya inteqrasiya olunmuş KORKUT hava hücumundan müdafiə sistemi atış sınaqları zamanı hərəkətdə olan hədəfi uğurla zərərsizləşdirib. ASELSAN tərəfindən 8x8 taktiki təkərli zirehli platformaya inteqrasiya edilən KORKUT 140/35 Yaxın Mənzilli Hava Hücumundan Müdafiə Sistemi sınaq mərhələsini uğurla keçib. Sistem atış testləri zamanı hərəkət halında olan hədəf təyyarəni dəqiq atəşlə zərərsizləşdirib.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya FETÖ-yə qarşı aparılan əməliyyatlarla bağlı açıqlama verib. Nazir bildirib ki, son 20 gün ərzində keçirilən əməliyyatlar zamanı 223 şübhəli saxlanılıb, onlardan 87-si barəsində həbs qətimkan tədbiri seçilib. Ali Yerlikaya sosial şəbəkə hesabında paylaşdığı məlumatda qeyd edib ki, polis əməkdaşları tərəfindən FETÖ terror təşkilatına qarşı son 20 gündə ölkə üzrə genişmiqyaslı əməliyyatlar həyata keçirilib. Nazirin sözlərinə görə, saxlanılan şəxslər arasında FETÖ-nün “məxfi strukturları” daxilində fəaliyyət göstərənlər, təşkilatın şifrəli rabitə proqramı ByLock istifadəçiləri, ankesörlü telefonlar vasitəsilə təşkilat üzvləri ilə əlaqə saxlayanlar, həmçinin təşkilata bağlı iş adamları üzərindən maliyyə dəstəyi təmin edən şəxslər yer alır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın ABŞ-ın rəhbərliyi ilə həyata keçirilən F-35 döyüş təyyarələri proqramına yenidən qaytarılmasının vacib olduğunu bəyan edib.Ərdoğan bu fikirləri Bloomberg agentliyinə müsahibəsində səsləndirib. Onun sözlərinə görə, Türkiyə artıq ödənişini etdiyi F-35 təyyarələrini almalı və proqramdakı iştirak hüquqları bərpa olunmalıdır.
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Fransa Prezidenti Emmanuel Makronun ev sahibliyi ilə sabah Parisdə təşkil olunacaq Ukrayna mövzulu Könüllülər Koalisiyası Liderlər Zirvəsində iştirak edəcək. Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrdən verilən məlumata görə, Hakan Fidan zirvədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təmsil edəcək. Zirvədə Ukraynada sülhün təmin olunması məqsədilə aparılan danışıqlar, mövcud sülh planı layihələrinin son durumu, eləcə də Ukraynaya veriləcək təhlükəsizlik zəmanətlərində Könüllülər Koalisiyasının oynaya biləcəyi rolun müzakirə olunması nəzərdə tutulur.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Rusiya və Ukrayna liderləri ilə birbaşa dialoq qurmaq imkanına malik olduğunu bəyan edib. Onun sözlərinə görə, Türkiyə həm Vladimir Putin, həm də Volodimir Zelenski ilə birbaşa ünsiyyət qura bilən nadir aktorlardan biridir. Ərdoğan bu mövqeyini hər iki liderə dəfələrlə açıq şəkildə çatdırdığını vurğulayıb. Türkiyə lideri eyni zamanda yaxın vaxtlarda ABŞ Prezidenti Donald Trampla Ukrayna münaqişəsinin nizamlanması üzrə planı müzakirə etməyi planlaşdırdığını bildirib.
Ədalət və İnkişaf partiyası (AK Parti) sözçüsü Ömər Çelik sosial şəbəkə paylaşımında “qaranlıq xarici mərkəzlər” üzərindən həyata keçirilən təxribatlara sərt reaksiya verib. Çelik bildirib ki, bu cür təhdidlər təkcə Rəcəb Tayyib Ərdoğana deyil, bütövlükdə Türkiyəyə yönəlib.
Rəcəb Tayyib Ərdoğan Türkiyənin F-35 proqramına yenidən qayıtmasının yalnız Ankara–Vaşinqton münasibətləri üçün deyil, həm də NATO-nun ümumi təhlükəsizliyi baxımından zəruri olduğunu bildirib. Ərdoğan Bloomberg-ə yazılı cavablarında ABŞ ilə münasibətlər, enerji siyasəti və regional geosiyasi proseslərlə bağlı mövqeyini açıqlayıb.
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) və İstanbul Polis İdarəsinin birgə keçirdiyi əməliyyat nəticəsində FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 4 nəfər saxlanılıb. İstanbul Polis İdarəsindən verilən məlumata görə, Türkiyə Terrorla Mübarizə Şöbəsinin əməkdaşları MİT və Kəşfiyyat Şöbəsi ilə koordinasiyalı şəkildə FETÖ-nün fəaliyyətlərinin ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirib. Aparılan araşdırmalar zamanı barələrində istintaq aparılan və saxlanılma və ya həbs olunma riski olan şübhəlilərin bundan yayınmaq məqsədilə saxta şəxsiyyət vəsiqələrindən istifadə etdikləri, təşkilata yaxın şəxslərin adına ev kirayələdikləri və təşkilata məxsus “hücrə evlərində” gizləndikləri müəyyən edilib.
Ərdoğan görüş barədə ilk açıqlamanı ötən cümə günü Cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən verib. O, Rusiya–Ukrayna müharibəsi ilə bağlı 2026-cı il perspektivlərinə dair sualı cavablandırarkən bildirib ki, beynəlxalq liderlərlə intensiv diplomatik təmaslar davam edir. Görüşdə Rusiya–Ukrayna müharibəsinin gedişi, Qəzza zolağındakı son vəziyyət və Venesuelada baş verən proseslərin əsas müzakirə mövzuları olacağı gözlənilir.
Türkiyənin avtomobil istehsalçısı TOGG 2025-ci ili planlaşdırılan yol xəritəsinə uyğun şəkildə başa vuraraq satış və istifadəçi sayı baxımından rekord nəticələr əldə edib. Şirkət il ərzində 39 min avtomobil təhvil verərək ümumi istifadəçi sayını 88 mindən yuxarı qaldırıb.