Azərbaycan və Türkiyə arasında ümumilikdə 33 milyard kubmetr təbii qazın tədarükünü nəzərdə tutan uzunmüddətli saziş imzalanıb. Bu barədə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar məlumat verib. Nazir bildirib ki, razılaşma iki gün əvvəl əldə olunub və Xəzər dənizində yerləşən Abşeron qaz yatağını əhatə edir. Onun sözlərinə görə, saziş çərçivəsində Abşeron yatağından ildə 2,25 milyard kubmetr olmaqla 15 il müddətində Türkiyəyə qaz tədarükü həyata keçiriləcək
Türk Dövlətləri
Honda şirkəti qəbul etdiyi qərara əsasən Civic modelini Türkiyə üzrə rəsmi qiymət siyahısından çıxarıb. Uzun illərdir Türkiyə avtomobil bazarında satılan və geniş istifadəçi kütləsinə malik olan Honda Civic 2026-cı ildən etibarən Türkiyədə satışa təqdim olunmayacaq. Məsələ ilə bağlı açıqlama verən Honda bildirib ki, son illərdə sedan avtomobillərə marağın azalması və bazar şərtlərinin dəyişməsi bu qərarın qəbul edilməsində əsas rol oynayıb.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya son iki həftə ərzində Jandarma qüvvələri tərəfindən silah və sursat qaçaqmalçılığına qarşı keçirilən əməliyyatların nəticələrini açıqlayıb.
Rusiya ilə Ukrayna arasındakı müharibə son aylarda Qara dənizdəki ticarəti təhdid altında qoymaqdadır. Bu münaqişənin bir an əvvəl sülhlə başa çatması bizim səmimi arzumuzdur. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Konqres Mərkəzində 2025-ci il ixrac statistikası ilə bağlı çıxışı zamanı bildirib.
Türkiyənin Kocaeli vilayətində terror təşkilatı İŞİD-ə qarşı aparılan istintaq çərçivəsində saxlanılan şübhəlilərlə bağlı məhkəmə qərarları açıqlanıb. Kocaeli Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılaraq məhkəməyə çıxarılan 42 nəfərdən 18-i barəsində həbs qətimkan tədbiri seçilib. Məhkəmə qərarı ilə 20 şübhəli barəsində isə ölkədən çıxarılma (deportasiya) qərarı verilib. Digər şəxslərlə bağlı hüquqi prosedurların davam etdiyi bildirilib.
Yalovada terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı polisə atəş açaraq üç polis əməkdaşının şəhid olmasına səbəb olan və zərərsizləşdirilən terrorçu Zafer Umutlunun cənazəsi ailəsi tərəfindən qəbul edilməyib. Məlumata görə, Yalovada təhlükəsizlik qüvvələrinin İŞİD-ə qarşı keçirdiyi əməliyyat zamanı silahlı qarşıdurma baş verib. Qarşıdurma nəticəsində üç polis əməkdaşı şəhid olub, terrorçu Zafer Umutlu isə öldürülüb. Hadisədən sonra Umutlunun cənazəsinin ailə üzvləri tərəfindən götürülmədiyi bildirilib.
Ərdoğan yeni ilin ilk günündə Fələstindəki qırğınlara etiraz məqsədilə Qalata körpüsündə keçirilən mitinqə toxunaraq bildirib ki, bu tədbir Fələstinin tək olmadığını göstərib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda cümə namazından sonra jurnalistlərin suallarını cavablandırıb. “Yeni ilə daxil olarkən Qalata körpüsündə tarixi bir ana birlikdə şahidlik etdik. Bu onu göstərir ki, Fələstin tək deyil. Fələstin hər zaman bizim canımız-ciyərimizdir və İsrailin bu düşmənçiliyi cavabsız qalmayacaq”. - deyə Ərdoğan qeyd edib.
Türkiyənin Yalova şəhərində 3 polis əməkdaşının şəhid olduğu silahlı qarşıdurmadan sonra DEAŞ terror təşkilatına qarşı keçirilən genişmiqyaslı əməliyyatlar çərçivəsində saxlanılan 42 şübhəlidən 26-sı həbs olunub. Dekabrın 29-da saat 03:00 radələrində İsmet Paşa məhəlləsi, Seher küçəsində DEAŞ-a qarşı aparılan əməliyyat zamanı bir evdən açılan atəş nəticəsində polis əməkdaşları İlker Pehlivan (47), Turgut Külünk (50) və Yasin Koçyiğit (49) şəhid olub. Hadisə zamanı 8 polis əməkdaşı və 1 mühafizəçi yaralanıb.
Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov ilə Ankarada görüş keçirib. Görüşdə Rusiya–Ukrayna müharibəsinin cari vəziyyəti, münaqişənin regional və qlobal təsirləri, sülh istiqamətində atıla biləcək addımlar, eləcə də əsir mübadiləsi məsələləri ətraflı şəkildə müzakirə olunub. Tərəflər Ukrayna ərazisində mövcud təhlükəsizlik vəziyyətinə dair qiymətləndirmələr aparıb. Görüş zamanı Rusiya ilə Ukrayna arasında davam edən hərbi qarşıdurmanın yalnız iki ölkə ilə məhdudlaşmadığı, eyni zamanda regional və qlobal miqyasda ciddi siyasi, təhlükəsizlik və geosiyasi gərginlik yaratdığı qeyd olunub.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov ilə görüş keçirib.Görüşün detalları barədə əlavə məlumat verilməyib.
İstanbul Havalimanı 2025-ci ildə 549 316 uçuş və 84 milyon 406 min 50 sərnişinlə dünyanın ən sıx və strateji hava nəqliyyatı mərkəzlərindən biri oldu. Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib. Uraloğlu bildirib ki, 2024-cü ildə sərnişin artımı 5,07 faiz olub və bu, Türkiyənin aviasiya sektorunda davamlı yüksəlişinin göstəricisidir.
Türkiyənin Kahramanmaraş vilayətində intensiv qar yağışı səbəbindən bütün məktəblərdə tədrisə bir günlük fasilə verilib. Kahramanmaraş Valiliyindən verilən məlumata görə, ötən gündən başlayan və bu gün də davam edən qar yağışı, eləcə də qarşıdakı günlərdə gözlənilən güclü buzlanma və şaxta riski nəzərə alınaraq, 2 yanvar 2026-cı il, cümə günü vilayət üzrə rəsmi və özəl bütün təhsil müəssisələrində dərslər dayandırılıb.