Bir sıra ərəb və İslam ölkələri ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Qəzza üzrə “Sülh Şurası”na qoşulmaq barədə birgə qərar qəbul edib. Səudiyyə Ərəbistanı, Türkiyə, Misir, İordaniya, İndoneziya, Pakistan, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri yaydıqları birgə bəyanatda ölkələrinin “Sülh Şurası”na üzv olmaq qərarını açıqlayıblar. Bildirilib ki, hər bir dövlət üzvlüklə bağlı sənədləri öz milli hüquqi prosedurlarına uyğun şəkildə imzalayacaq. Qeyd edək ki, Misir, Pakistan və Birləşmiş Ərəb Əmirlikləri bu qərarı daha əvvəl elan etmişdi.
Türk Dövlətləri
Həsəkə vilayətində Suriya ordusuna məxsus obyektə pilotsuz uçuş aparatı ilə endirilən zərbə nəticəsində yeddi hərbçi ölüb, daha 20 nəfər yaralanıb. Hadisə ilə bağlı məlumatı Suriya Müdafiə Nazirliyi yayıb. Nazirliyin açıqlamasına görə, ordu bölmələri Əl-Yarubiyyə sərhəd keçidi ərazisində partlayıcı qurğuların və pilotsuz aparat sursatlarının hazırlandığı emalatxananı aşkar edib. Ərazidə təhlükəsizlik tədbirləri görülən zaman YPG qruplaşması kamikadze pilotsuz aparatı ilə hücum həyata keçirib.
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Prezident Rəcəb Tayyib Ərdoğanı təmsil edərək Sülh Şurasının Şərtinin imzalanma mərasimində iştirak etmək məqsədilə İsveçrəyə səfər edəcək. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 17 noyabr 2025-ci il tarixində qəbul etdiyi 2803 saylı qətnamə ilə ABŞ Prezidenti Donald Trampın 29 sentyabr 2025-ci ildə elan etdiyi “Qəzza münaqişəsinə son qoyulması üçün hərtərəfli plan”a dəstək verdiyini açıqlayıb.
Bayrağımıza uzanan o çirkli əlləri mütləq tapacağıq və bunun hesabını o xainlərdən soruşacağıq. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, AK Partiyanın Türkiyə Böyük Millət Məclisində keçirilən qrup toplantısında çıxış edərkən bildirib. Dövlət bayrağına qarşı törədilən təxribatla bağlı sərt bəyanat verib. Ərdoğan qeyd edib ki, bayrağa yönəlmiş hücum cavabsız qalmayacaq.
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç dövlət bayrağına qarşı törədilən hücumla bağlı aparılan istintaqın davam etdiyini və indiyədək 14 nəfərin saxlanıldığını açıqlayıb. AK Partiyanın Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilən qrup toplantısında iştirak edən nazir Tunç toplantıdan öncə jurnalistlərə açıqlama verib. O bildirib ki, hazırda 105 nəfər barəsində saxlanılma qərarı, 50 nəfər barəsində isə axtarış (tutma) qərarı mövcuddur.
Türkiyə Prezidenti Recep Tayyip Ərdoğan, bu gün Milliyyətçi Hərəkat Partiyası (MHP) rəhbəri Devlet Bahçelini qəbul edəcək. Görüşdə iki liderin Türkiyənin daxili siyasəti və qarşıdakı strateji məsələləri müzakirə etməsi gözlənilir. Sosial şəbəkələrdə yayılan məlumatlarda vurğulanır ki, bu görüş hökumət-milli ittifaqların koordinasiyası və strateji qərarların qəbul edilməsində önəmli rol oynayacaq.
Suriyanın şərqində – Rakka, Deyr əz-Zor və Həsəkə xəttində baş verən son hadisələr bir daha göstərdi ki, bölgədə silahlı gücdən daha vacib olan faktor sosial legitimlik və yerli dayaqlardır. Suriya Ordusunun YPG/SDG-yə qarşı apardığı əməliyyatların qısa müddətdə nəticə verməsinin əsas səbəbi məhz Ərəb qəbilələrinin açıq şəkildə Dəməşqin yanında yer alması oldu. Bu proses təkcə hərbi əməliyyat kimi deyil, regional siyasi düzənin yenidən formalaşması baxımından oxunmalıdır.
ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi telefon danışığını yüksək qiymətləndirib. Davosda keçirilən Dünya İqtisadi Forumuna qatılmaq üçün Ağ Evdən ayrılarkən mətbuatın suallarını cavablandıran Tramp, görüşün "çox yaxşı keçdiyini" bildirib.
Qətərin paytaxtı Dohada Dəniz Müdafiəsi üzrə Doha Beynəlxalq Sərgi və Konfransının (DIMDEX 2026) doqquzuncu buraxılışı öz işinə başlayıb. Qətər Milli Konqres Mərkəzində keçirilən DIMDEX 2026 çərçivəsində dünyanın aparıcı təhlükəsizlik və müdafiə şirkətləri bir araya gəlib. Sərgidə dəniz gəmiqayırması, dəniz quldurluğuna qarşı mübarizə, rabitə və qabaqcıl müdafiə texnologiyaları daxil olmaqla ən son innovativ sistemlər nümayiş etdirilir.
Türkiyənin dövlət rəmzi olan bayrağa qarşı həyata keçirilən hücum rəsmi Ankara tərəfindən açıq təxribat kimi qiymətləndirilib. Nusaybin–Qamışlı sərhəd xəttində, Suriya tərəfində terror təşkilatı YPG tərəfdarları tərəfindən Türk bayrağına qarşı hücum həyata keçirilib. Hadisə Türkiyənin terrorla mübarizə siyasətini hədəf alan açıq provokasiya kimi dəyərləndirilib. Məlumata görə, PKK/YPG simpatizanlarından ibarət bir qrup Suriyadakı prosesləri bəhanə gətirərək Türkiyənin viza müraciət mərkəzinə hücum edib. Hücum zamanı bina daşlanıb, bəzi şəxslər binanın fasadına qalxaraq Türk bayrağına çatmağa və ona zərər verməyə cəhd göstərib.
Türk Hərbi Dəniz Qüvvələri NATO-nun Amfibiya Tapşırıq Qüvvəsi Komandanlığı və Çıxarma Qüvvələri Komandanlığı çərçivəsində bir sıra beynəlxalq təlim və əməliyyatlarda iştirak edəcək. Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi sosial şəbəkə hesabında yayılan məlumata görə, NATO Müttəfiq Reaksiya Qüvvəsi tərkibində olan bu iki mühüm vəzifə 1 iyul 2025-ci ildən 30 iyun 2026-cı ilədək Türk Hərbi Dəniz Qüvvələri tərəfindən icra olunacaq.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Özbəkistan arasında Özbəkistanın dağ-mədən sektorunun inkişafını dəstəkləmək, dayanıqlı artımı təşviq etmək və uzunmüddətli iqtisadi dəyər yaratmaq məqsədilə mühüm anlaşma memorandumu imzalanıb. BƏƏ-nin rəsmi agentliyi WAM-ın verdiyi məlumata görə, sənəd Əbu-Dabidə BƏƏ-nin İnvestisiya naziri Məhəmməd Həsən əs-Suveydi və Özbəkistan Baş nazirinin müavini Cəmşid Xocayev tərəfindən imzalanıb. Bu razılaşma kəşfiyyat və hasilat işlərindən başlayaraq son məhsulun istehsalına qədər olan bütün dağ-mədən dəyər zənciri boyunca investisiya fəaliyyətlərini əhatə edir.