Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    Həsəkədə YPG-nin PUA hücumu nəticəsində yeddi Suriya hərbçisi həlak olub

    21 Yanvar 2026 21:34
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Həsəkədə YPG-nin PUA hücumu nəticəsində yeddi Suriya hərbçisi həlak olub
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Həsəkə vilayətində Suriya ordusuna məxsus obyektə pilotsuz uçuş aparatı ilə endirilən zərbə nəticəsində yeddi hərbçi ölüb, daha 20 nəfər yaralanıb.

    AzerVoice xəbər verir ki, hadisə ilə bağlı məlumatı Suriya Müdafiə Nazirliyi yayıb.

    Nazirliyin açıqlamasına görə, ordu bölmələri Əl-Yarubiyyə sərhəd keçidi ərazisində partlayıcı qurğuların və pilotsuz aparat sursatlarının hazırlandığı emalatxananı aşkar edib. Ərazidə təhlükəsizlik tədbirləri görülən zaman YPG qruplaşması kamikadze pilotsuz aparatı ilə hücum həyata keçirib.

    Müdafiə Nazirliyi bildirib ki, obyekt ərazisində YPG tərəfindən istifadəyə hazırlanmış bir neçə pilotsuz aparat mövcud olub. Ordunun operativ komandanlığı baş verənləri “təhlükəli eskalasiya” və “atəşkəs rejiminin açıq şəkildə pozulması” kimi qiymətləndirərək, razılaşmaların görməzdən gəlinərək hücumların davam etdirildiyini vurğulayıb.

    Hücumdan bir gün əvvəl Suriya prezidentliyi Həsəkə vilayətinin gələcəyi ilə bağlı YPG ilə müəyyən qarşılıqlı anlaşmanın əldə edildiyini açıqlamışdı. Eyni zamanda Müdafiə Nazirliyi YPG ilə dörd günlük atəşkəs elan edildiyini bildirmişdi.

    Qeyd edək ki, YPG Türkiyə, ABŞ, Böyük Britaniya və Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi tanınan PKK-nın Suriya qolu hesab olunur.

    #Həsəkədə YPG-nin dron hücumu: yeddi hərbçi həlak oldu #Suriya ordusuna Həsəkədə pilotsuz zərbə endirildi #YPG-nin hücumu atəşkəsi pozdu: itkilər var #Həsəkədə kamikadze dron hücumu: ölənlər və yaralananlar #Suriya Müdafiə Nazirliyi YPG hücumu barədə açıqlama verdi #Həsəkədə təhlükəli eskalasiya: YPG atəşkəsi pozdu #Haseke’de YPG saldırısı: 7 asker hayatını kaybetti #YPG’nin İHA saldırısı ateşkesi bozdu #Suriye ordusuna Haseke’de dron saldırısı #YPG’den kamikaze İHA ile saldırı #Haseke’de gerilim tırmanıyor #Suriye Savunma Bakanlığı YPG saldırısını doğruladı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qətərin Əmiri Şeyx Təmim bin Həməd Venesuelanın prezidentinə başsağlığı mesajı göndərib

    25 İyun 2026 18:03

    İran NATO-nu hədəfə aldı - Müharibədə birbaşa iştirak ediblər

    25 İyun 2026 10:21

    İsrail ordusu: Livanın cənubunda Hizbullah döyüşçüləri vurulub

    24 İyun 2026 20:30

    İslam dünyasında vahid mövqe vacibdir-İraq

    24 İyun 2026 19:32

    Oman Sultanı Qətər Baş naziri ilə görüşüb

    24 İyun 2026 19:23

    Livan Prezidenti: Atəşkəs İsrailin çıxışından sonra möhkəmləndiriləcək

    24 İyun 2026 18:52

    BAEA rəhbəri: İranın nüvə obyektlərində yoxlamalar aparılacaq

    24 İyun 2026 10:13

    BMT Livanda nəyi araşdıracaq?

    23 İyun 2026 22:44

    Hizbullah lideri: İsrailin hər hansı pozuntusuna cavab veriləcək

    23 İyun 2026 22:43

    Hizbullah lideri: İsrail Livandan tam çıxmalıdır

    23 İyun 2026 22:26

    Livan parlament sədri: 2024 razılaşması atəşkəsin qorunması üçün əsasdır

    23 İyun 2026 22:21

    Livan Prezidenti Aun Vens və Rubio ilə suverenlik və atəşkəsi müzakirə edib

    23 İyun 2026 21:39
    XƏBƏR LENTİ

    Venesuelada azı 250 bina dağılıb və ya ciddi zədələnib

    Venesuelada bir çox bölgədə mobil rabitə və internet hələ də bərpa olunmayıb

    Zəlzələnin tam miqyası hələ məlum deyil - Beynəlxalq xeyriyyə təşkilatı

    Roma Papası Venesuelaya 100 min avro təcili yardım ayırıb

    Qətərin Baş naziri Delsi Rodrigeslə telefonla danışaraq Venesuelaya başsağlığı verib

    BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Venesuela xalqına həmrəylik ifadə edib

    Prezident İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb

    Sanksiyalar Venesuelaya humanitar yardımın çatdırılmasına necə təsir edə bilər?

    Təkrar yeraltı təkanlar Karakasda həyatı iflic edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.