Türkiyə Xarici İşlər Nazirliyi Avropa Parlamentinin fevralın 12-də qəbul etdiyi və ölkəyə qarşı əsassız ittihamların yer aldığı bir sıra qərarları tamamilə rədd etdiyini bəyan edib. Nazirliyin rəsmi bəyanatında bu sənədlərin qərəzli olduğu və Türkiyənin regiondakı sabitləşdirici roluna kölgə saldığı vurğulanıb.
Türk Dövlətləri
Türkiyə Xarici İşlər Nazirliyi 12 fevral 2026-cı il tarixində Banqladeşdə keçirilən Milli Məclisə seçkilər və konstitusiya dəyişiklikləri ilə bağlı referendumun gərginlik olmadan, dinc şəraitdə başa çatmasından məmnunluğunu ifadə edib. Rəsmi Ankara bu demokratik prosesin ölkənin gələcək inkişafı üçün mühüm addım olduğunu vurğulayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Məhəmməd Şiə əs-Sudani ilə telefon əlaqəsi saxlayıb. Görüşdə Ankara və Bağdad arasındakı strateji əməkdaşlığın gələcək addımları müzakirə olunub. Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, liderlər ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Türkiyə Xarici işlər naziri Hakan Fidan bu gün İordaniyanın xarici işlər naziri Ayman Səfadi ilə telefon danışığı aparıb. Diplomatik mənbələrin məlumatına görə, danışıq zamanı başda Fələstin məsələsi olmaqla Yaxın Şərqdəki son vəziyyət, regional təhlükəsizlik və humanitar durum ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər bölgədə gərginliyin azaldılmasının və sabitliyin qorunmasının vacibliyini vurğulayıblar.
Türkiyə Milli Kəşfiyyat Xidmətinin rəhbəri İbrahim Kalın Tripolidə Liviya Prezident Şurasının sədri Məhəmməd əl-Menfi ilə görüşüb. Prezident Şurasından verilən məlumata görə, görüş zamanı Kalın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Menfiyə çatdırıb. Görüşdə Türkiyə-Liviya münasibətləri ilə yanaşı, yerli və regional məsələlər müzakirə olunub. Tərəflər Liviyanın sabitliyinin regional təhlükəsizlik üçün əsas amil olduğunu vurğulayıb və bu istiqamətdə iki ölkə arasında məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini qeyd ediblər.
İstanbulda OnlyFans platformasında əxlaqsız məzmun paylaşan şəxslərə qarşı əməliyyat keçirilib. Əməliyyat zamanı 16 şübhəli saxlanılıb, onlara məxsus 2 şirkət, 10 daşınmaz əmlak və 14 nəqliyyat vasitəsi üzərinə həbs qoyulub. İstanbul Polis İdarəsinin Kibercinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları İstanbul Baş Prokurorluğunun koordinasiyası ilə “Cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması” və “Əxlaqsızlıq” maddələri üzrə araşdırmaya başlayıblar.
Türkiyənin Daxili Təhlükəsizlik Qüvvələri Baş Komandanlığı 12 vilayətdə 15 mütəşəkkil cinayətkar qrupa qarşı keçirilən əməliyyatlar zamanı hesablarında 438 milyon lirə maliyyə hərəkəti qeydə alınan 109 şübhəlinin saxlanıldığını açıqlayıb. Qurumdan verilən məlumata görə, Türkiyə Respublika Baş Prokurorluqları və Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə, eləcə də Kiber Cinayətlərlə Mübarizə idarələrinin koordinasiyası ilə vilayət təhlükəsizlik qüvvələri tərəfindən 12 vilayətdə əməliyyatlar həyata keçirilib.
Kipr Türk xalqının ilk dəfə dövlət quruculuğu təcrübəsi qazandığı siyasi qurum – Kipr Türk Federe Dövləti – 13 fevral 1975-ci ildə elan edilib. 1974-cü il hadisələrindən sonra formalaşan yeni siyasi reallıq çərçivəsində Kipr Türk tərəfi çoxpartiyalı parlament sisteminə keçid və federativ əsasda idarəetmə modelinin qurulması istiqamətində addımlar atıb. Bu proses 1983-cü ildə Şimali Kipr Türk Cumhuriyətinin elanına qədər davam edən dövlətçilik mərhələsinin əsasını təşkil edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada serbiyalı həmkarı Aleksandr Vuçiç ilə keçirdiyi mətbuat konfransında Türkiyənin Balkan regionuna verdiyi önəmi bir daha diqqətə çatdırıb. Dövlət başçısı Türkiyənin regionda sülh və sabitliyin qarantı rolunda çıxış etməyə davam edəcəyini vurğulayıb. Ərdoğan Türkiyə və Serbiya arasındakı münasibətləri "qızıl dövr" kimi xarakterizə edərək, iqtisadi göstəricilərin bu dostluğun ən bariz nümunəsi olduğunu qeyd edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə rəsmi səfərdə olan Serbiya Prezidenti Aleksandr Vuçiç ilə paytaxt Ankarada bir araya gəlib. Rəsmi qarşılanma mərasimindən sonra dövlət başçıları əvvəlcə təkbətək, daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçiriblər. Görüşlər zamanı Türkiyə və Serbiya arasındakı ikitərəfli münasibətlərin mövcud vəziyyəti, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ və İranın nüvə sazişi ilə bağlı danışıqlarda qarşılıqlı çeviklik göstərdiyini, Vaşinqtonun artıq müəyyən hüdudlar daxilində uranın zənginləşdirilməsinə dözümlü yanaşmağa hazır olduğunu bəyan edib. Nazir qeyd edib ki, tərəflər bir-birinin qırmızı xətlərini və imkan hədlərini daha yaxşı anlamağa başlayıblar.
Milyarder Ceffri Epşteynin deşifrə olunmuş yazışmalarında Türkiyə əleyhinə fəaliyyətlərlə yanaşı, Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyadakı kəşfiyyat uğuru barədə detallar üzə çıxıb. ABŞ-ın milyonlarla dollar xərcləyərək hazırladığı 50 nəfərlik xüsusi hərbi qrup sahəyə enən kimi MİT-in müdaxiləsi ilə dağıdılıb. Bu faktlar məşhur dilşünas Noam Çomski ilə Epşteyn arasındakı 28 sentyabr 2015-ci il tarixli e-poçt yazışmalarında yer alıb.