Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 11 illik fasilədən sonra Efiopiyanın paytaxtı Əddis-Əbəbəyə rəsmi səfər edib. Efiopiya Baş naziri Abiy Əhməd ilə keçirilən birgə mətbuat konfransında Ərdoğan regional təhlükəsizlik məsələlərinə toxunub. O, İsrailin Somalilendi tanımaq cəhdlərini tənqid edərək "İsrailin Somalilendi tanımasının nə Somalilendə, nə də Afrika Buynuzuna bir faydası yoxdur"-deyə bildirib. Türkiyə lideri regionun xarici güclərin mübarizə meydanına çevrilməsinin əleyhinə olduqlarını vurğulayıb.
Türk Dövlətləri
Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın Suriyadakı proseslər və “Terrorsuz Türkiyə” hədəfi ilə bağlı mühüm açıqlamalar verib.Kalın Suriya böhranının başlanğıcından etibarən prosesdə aktiv rol aldıqlarını bildirərək, 8 dekabr inqilabından sonra ötən bir ildən artıq müddətdə Suriyaya bütüncül baxış bucağı ilə yanaşdıqlarını vurğulayıb.
Səudiyyə Ərəbistanı, İordaniya, BƏƏ, Qətər, İndoneziya, Pakistan, Misir və Türkiyənin xarici işlər nazirləri İsrailin işğal olunmuş İordan çayının qərb sahilindəki torpaqları "dövlət torpaqları" kimi təsnif etmək qərarını kəskin şəkildə pisləyiblər.
FETÖ-yə qarşı İstanbul mərkəzli 8 vilayətdə keçirilən əməliyyat nəticəsində 18 şübhəli saxlanılıb. İstanbul Baş Prokurorluğu tərəfindən FETÖ-yə qarşı yeni istintaq başladılıb. Təşkilatın mövcud strukturu daxilində fəaliyyət göstərdiyi müəyyən edilən bəzi üzvlər ifşa olunub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin dəvəti ilə bu gün həmin ölkəyə rəsmi səfər edəcək. Səfər çərçivəsində ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal məsələlərin müzakirəsi gözlənilir. Türkiyənin Afrika ilə qarşılıqlı hörmət və strateji tərəfdaşlıq prinsipləri əsasında həyata keçirdiyi siyasət çərçivəsində Prezident Ərdoğan Efiopiyanın paytaxtı Əddis-Əbəbəyə yola düşəcək.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ABŞ-a səfər edəcək. Məlumata görə, iclas fevralın 19-na təyin olunub. Qeyd olunur ki, cari ilin yanvar ayında Özbəkistan Prezidenti yeni beynəlxalq qurum olan Sülh Şurasının nizamnaməsini imzalayıb. Bununla da Özbəkistan təşkilatın təsisçi dövlətlərindən biri statusunu qazanıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan Əl Səud ilə telefon danışığı aparıb. Türkiyə Xarici işlər nazirliyindəki mənbələrin verdiyi məlumata görə, söhbət zamanı iki ölkə arasında münasibətlər, eləcə də regional məsələlər müzakirə olunub. Tərəflər qarşılıqlı əməkdaşlığın mövcud vəziyyətini və gələcək perspektivlərini nəzərdən keçirib, bölgədəki son hadisələr ətrafında fikir mübadiləsi aparıblar.
Türkiyənin Milli Müdafiə naziri Yaşar Güler Liviyanın Baş Qərargah rəisinin müavini, general-leytenant Selahəddin ən-Nəmruşu qəbul edib. Nazirliyin sosial şəbəkə hesabında yayılan məlumata görə, görüş Türkiyə Baş Qərargah rəisi, ordu generalı Səlcuq Bayraktaroğlunun dəvəti ilə Ankaraya səfər edən liviyalı nümayəndə heyətinin iştirakı ilə baş tutub. Qəbulda ordu generalı Səlcuq Bayraktaroğlu da iştirak edib. Görüşdə iki ölkə arasında hərbi əməkdaşlıq və qarşılıqlı əlaqələrin inkişafı məsələlərinin müzakirə olunduğu bildirilir
Türkiyənin yeni ədliyyə naziri Akın Gürlek İsrailin işğal altındakı Qərb Sahilində məskunlaşma fəaliyyətlərini genişləndirmək və suverenlik iddiasını gücləndirmək qərarına sərt reaksiya verib.
İspaniyanın F-35 proqramı ilə bağlı qərar prosesində yaranan siyasi qeyri-müəyyənlik və Fransa-Almaniya ortaq layihəsi olan Gələcəyin Hava Döyüş Sistemi proqramında müşahidə olunan fikir ayrılıqları Madrid rəhbərliyini alternativ variantları dəyərləndirməyə vadar edib. Avropa layihəsindəki ləngimə və strateji qeyri-müəyyənlik fonunda Türkiyə ilə müdafiə sənayesi sahəsində son illərdə sürətlənən əməkdaşlıq yeni ehtimalları gündəmə gətirib. Xüsusilə Türkiyənin beşinci nəsil döyüş təyyarəsi KAAN layihəsi mümkün seçimlər sırasında göstərilir.
Türkiyənin Bursa şəhərinin Mustafakemalpaşa rayonunda 3,5 bal gücündə zəlzələ baş verib. Bildirilib ki, zəlzələ yerin təxminən 11,22 kilometr dərinliyində baş verib. İlkin məlumatlara əsasən, hadisə nəticəsində can və mal itkisi barədə məlumat yoxdur.
Ankarada mənfəət əldə etmək məqsədi güdən cinayətkar qruplaşmaya qarşı keçirilən əməliyyatda saxlanılan 23 şübhəli barəsində həbs qətimkan tədbiri seçilib. Ankara Respublika Baş Prokurorluğunun koordinasiyası ilə aparılan istintaq çərçivəsində, Ankara İl Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən İ.Ş.-nin liderlik etdiyi cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib. Polis qrupları; "nitelikli yağma" (reketlik), narkotik və stimullaşdırıcı maddələrin ticarəti, şəxsi istifadə üçün narkotik saxlama, hədə-qorxu gəlmə, qanunsuz silah gəzdirmə və saxlama, silah və sursat ticarəti, cinayət sübutlarını məhv etmə, gizlətmə və ya dəyişdirmə, məhkəmə prosesinə təsir göstərməyə cəhd, həmçinin iş və çalışma azadlığına mane olma cinayətlərini törətdiyi müəyyən edilən 23 şübhəlini saxlayıb.