Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri
    Türk Dövlətləri

    Türkiyə yeni nəsil avtomobillərin istehsal mərkəzi olacaq - Kacır

    25 Dekabr 2023 14:36
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə yeni nəsil avtomobillərin istehsal mərkəzi olacaq - Kacır
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerPress:

    Türkiyə yeni nəsil avtomobillərin istehsal mərkəzi olacaq.

    AzerPress-in məlumatına görə, bu sözləri Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır deyib.

    "Bizim məqsədimiz, Türkiyəni yeni nəsil avtomobillərin istehsal mərkəzinə çevirməkdir. Buna nail olmaq üçün Togg-a dəstəyimizi davam etdirəcəyik və digər tərəfdən ölkəmizə yeni investisiyalar cəlb etmək üçün çalışacağıq. Xüsusilə elektrikli avtomobil mərkəzli çevrilməni Türkiyə üçün bir fürsət halına gətirməyə çalışırıq",- deyə nazir bildirib.

    Çinə səfəri zamanı Farasis şirkəti ilə görüşdüklərini xatırladan Kacır, şirkətin Togg ilə birlikdə Gemlikdə akkumulyator istehsalı müəssisəsi quracağını qeyd edib.

    "Biz mobillik sektorunda ağıllı nəqliyyat həlləri sahəsində mühüm layihələr həyata keçirən Huawei şirkətini də ziyarət etdik. Şirkətin Türkiyədə Ar-Ge mərkəzi var. Bu mərkəz mühüm işlər görür. Huawei tərəfindən istifadə edilən avtomobillərin bir çox məhsul və sistemlərinin Türkiyədə Ar-ge-nin baş ofisində inkişaf etdirildiyini eşitmək bizim üçün qürur idi. Türkiyənin bu sahədə sürətlənməsi və innovativ texnologiyaların istehsal bazası olması üçün səylərimizi davam etdirəcəyik",- deyə Kacır əlavə edib.

    Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.

    Məlumat üçün bildirək ki, Togg, 2024-cü ilin sonunda sedan modelini ictimaiyyətə təqdim edəcək, Togg-un sedan modelinin istehsalına 2025-ci ildə başlanacaq.

    Aytac Süleymanova

    #Türkiyə #Mehmet Fatih Kacır #TOGG
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    FETÖ və bənzəri qruplaşmalara qarşı ayıq-sayıq olmalıyıq - Cevdet Yılmaz

    13 İyul 2026 15:22

    Haluk Levent barəsində saxlanılma qərarı verildi

    12 İyul 2026 17:04

    İyun ayında Türkiyədə 61 mindən çox qəza baş verib (ÖZƏL)

    12 İyul 2026 12:30

    Türkiyədə dron, GPS və PUA görüntü emalı proqramları üçün tender elan edilib

    12 İyul 2026 11:30

    Türkiyə Kanadanın qlobal müdafiə bankına qoşulmaq məsələsini qiymətləndirir

    11 İyul 2026 19:14

    Türkiyə ilə Kanada ticarət əməkdaşlığını genişləndirir

    11 İyul 2026 14:11

    Netanyahu seçkilər yaxınlaşdıqca düşmən axtarır - Hakan Fidan

    10 İyul 2026 20:30

    Avropa Parlamentinin qərarı Türkiyə ordusuna qarşı böhtandır - Türkiyə

    10 İyul 2026 14:32

    Türkiyədə böyük nəqliyyat infrastrukturu layihəsi üçün tender keçiriləcək

    10 İyul 2026 14:30

    İnterpol əməliyyatı: 54 axtarışda olan şəxs Türkiyəyə gətirildi

    10 İyul 2026 13:39

    İyun ayında Türkiyənin elektrik məhsulları ixracı artıb (ÖZƏL)

    10 İyul 2026 11:40

    Türkiyədə kənd təsərrüfatı texnikaları satın alınacaq

    10 İyul 2026 11:30
    XƏBƏR LENTİ

    Səudiyyə Ərəbistanı Yəmənin beynəlxalq hava limanını vurdu

    Türk Dövlətləri Təşkilatında Beynəlxalq Kommersiya Arbitrajının perspektivləri

    FETÖ və bənzəri qruplaşmalara qarşı ayıq-sayıq olmalıyıq - Cevdet Yılmaz

    Türkiyədə 50 min litr dizel alınacaq

    İrana qarşı heç bir təcavüz cavabsız qalmayacaq - İran XİN

    Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda iştirakını əks etdirən kadrlar dövlət başçısının sosial şəbəkə hesablarında yayımlanıb

    Prezident İlham Əliyev: Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir

    Prezident İlham Əliyev Şuşa Forumunda BMT-də islahatlar məsələsinə toxunub

    Prezident İlham Əliyev: Azərbaycan və Qazaxıstan Xəzərin hər iki sahilində yerləşən ölkələr olaraq çox fəal əməkdaşlıq edirlər

    Prezident İlham Əliyev: Mərkəzi Asiya və Azərbaycan vahid bir iqtisadi və siyasi məkanda birləşir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.