Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri
    Türk Dövlətləri

    Türkiyədə bu il 5 mindən çox meşə yanğını ilə mübarizə aparılıb

    12 Avqust 2025 10:48
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyədə bu il 5 mindən çox meşə yanğını ilə mübarizə aparılıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin tabeliyində fəaliyyət göstərən Meşə Baş İdarəsi (OGM) bu il ərzində 5 mindən çox meşə yanğını ilə mübarizə aparıldığını açıqlayıb.

    AzerVoice xəbər verir ki, idarənin sosial media hesabında yayımlanan məlumatda qeyd olunub ki, bu günə qədər baş verən 4 min 980 yanğın ictimaiyyətin diqqətindən kənarda qalmasına baxmayaraq vaxtında nəzarət altına alınıb və böyümədən söndürülüb. Bununla belə, 20 yanğın nəzarətdən çıxaraq daha böyük ərazilərə ziyan vurub, can itkisi və şəhid xəbərləri ilə nəticələnib.

    Açıqlamada hər bir yanğının potensial fəlakət riski daşıdığı, bəzən kiçik səbəblərin böyük fəlakətlərə yol aça biləcəyi vurğulanıb. Çanaqqaladə baş verən meşə yanğınlarının hamısının meşə olmayan ərazilərdə başlayaraq ormana keçdiyi qeyd edilib.

    OGM insan amilinin əsas yanğın səbəblərindən biri olduğunu qeyd edərək bildirib ki, yanğınların 90 faizi açıq havada ocaq qalamaq,siqaret izmariti atmaq və zibilləri düzgün atılmaması kimi səbəblərdən qaynaqlanır.

    Bununla yanaşı, havanın temperaturunun 30 dərəcədən yüksək, rütubətin 30 faizdən aşağı və küləyin saatda 30 km-dən sürətli olduğu şəraitdə yanğınların çox sürətlə yayıldığı qeyd olunub. Bu səbəbdən hazırkı hava şəraitində xüsusilə diqqətli olunması tövsiyə olunub.

    Qurum yanğınlarla mübarizə üçün istifadə edilən texnologiyalar və tədbirlər barədə də məlumat verib. Bildirilib ki, 2 dəqiqə ərzində yanğınlar müəyyən olunur, 11 dəqiqəyə isə operativ müdaxilə edilir. Süni intellektlə çalışan qərar dəstək sistemləri, erkən xəbərdarlıq sistemləri və pilotsuz uçuş aparatları ilə yanaşı 27 təyyarə, 105 helikopter, 5 mindən çox quru texnikası, 25 min əməkdaş və 132 min könüllü ilə fasiləsiz mübarizə aparılır.

    #meşə yanğını #Türkiyənin kənd təsərrüfatı və meşə nazirliyi #meşə yanğınları #Türkiyədə yanğın təhlükəsizliyi #Türkiyədə sənaye yanğını #Bilecik meşə giriş qadağası 2025 #Meşə yanğınları İyul 2025 #Türkiyə meşə ziyanları 2025 #İzmir meşə yanğınları #Dünya meşə itkisi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Əlcəzairdə meşə yanğınları niyə nəzarətdən çıxır? 12 nəfər öldü

    27 Avqust 2026 09:49

    Avropa İttifaqı Serbiyadakı böyük yanğınlara qarşı yardım göndərir

    22 Avqust 2026 19:44

    Avropada meşə yanğınları turizm bölgələrini cənginə alıb

    14 Avqust 2026 20:39

    Silivridə başlayan yanğın geniş əraziyə yayılıb, bəzi evlər təxliyə edilib

    13 Avqust 2026 16:57

    Fransanın şimalında meşə yanğını səbəbindən 1 200 nəfər təxliyə olunub

    12 Avqust 2026 21:15

    Kanadada meşə yanğını nəzarətdən çıxıb, minlərlə sakin təxliyə edilir

    8 Avqust 2026 20:24

    Avropadakı meşə yanğınları sığortaya tələbatı artıra bilər

    28 İyul 2026 21:28

    Türkiyə Fransaya yardım göndərdi - Makron türkcə təşəkkür etdi

    28 İyul 2026 13:14

    Türkiyə Fransaya iki yanğınsöndürmə təyyarəsi göndərib

    28 İyul 2026 11:55

    Fransada meşə yanğınları - 197 mindən çox insan təxliyə edilib

    25 İyul 2026 19:56

    Kanadada meşə yanğınlarının genişlənməsinə nə səbəb olub?

    24 İyul 2026 21:40

    Portuqaliya meşə yanğınları təhlükəsinə görə Avropa İttifaqı, İspaniya və Mərakeşdən dəstək istəyib

    3 İyul 2026 21:59
    XƏBƏR LENTİ

    Qüdsün xilası, Qətərin müstəqilliyi və Livan savaşı: 2 sentyabrda nə baş verdi?

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.