#Dünya meşə itkisi

Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin tabeliyində fəaliyyət göstərən Meşə Baş İdarəsi (OGM) bu il ərzində 5 mindən çox meşə yanğını ilə mübarizə aparıldığını açıqlayıb. Idarənin sosial media hesabında yayımlanan məlumatda qeyd olunub ki, bu günə qədər baş verən 4 min 980 yanğın ictimaiyyətin diqqətindən kənarda qalmasına baxmayaraq vaxtında nəzarət altına alınıb və böyümədən söndürülüb. Bununla belə, 20 yanğın nəzarətdən çıxaraq daha böyük ərazilərə ziyan vurub, can itkisi və şəhid xəbərləri ilə nəticələnib.

Kanada, ölkə üzrə təxminən 6.9 milyon hektar ərazinin kül olduğu, son illərin ən şiddətli meşə yanğınlarından biri ilə mübarizə aparır. Kanadanın Təbii Sərvətlər Nazirliyi və Qurumlararası Meşə Yanğınları Mərkəzi (CIFFC) ölkədəki meşə yanğınlarına dair son məlumatları açıqlayıb. Buna görə, əsasən Britaniya Kolumbiyası, Alberta və Saskaçevan əyalətlərində olmaqla, ölkə üzrə təxminən 740 meşə yanğını aktiv vəziyyətdədir.

İspaniyanın cənubundakı Kadis şəhərinə bağlı məşhur turizm bölgəsi Tarifada iki gündür davam edən meşə yanğınları səbəbindən 1500-dən çox insan evlərindən və ya otellərdən təxliyə olunub. Endülüs muxtar bölgəsinin Daxili İşlər, Sosial Dialoq və Dövlət İdarəçiliyi naziri Antonio Sanz bildirib ki, Tarifada yerləşən "Torre la Pena II" düşərgə zonasından başlanan və sürətlə yayılan yanğınlara görə 1500-dən çox insan təxliyə edilib, 5 minə yaxın nəqliyyat vasitəsi ərazidən uzaqlaşdırılıb.