Bakı. AzerVoice:
Türkiyə xarici işlər nazir Hakan Fidan 5-6 fevral tarixlərində Maltaya rəsmi səfər edəcək.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Məlumata əsasən, H.Fidan səfəri çərçivəsində Maltanın Xarici İşlər, Avropa İşləri və Ticarət naziri İan Borq ilə görüşəcək, həmçinin Prezident Corc Vella və Baş nazir Robert Abela tərəfindən qəbul ediləcək.
Görüşlərdə Türkiyə-Malta ikitərəfli əlaqələri, o cümlədən Türkiyə-Avropa İttifaqı münasibətləri və aktual regional problemlər ətrafında müzakirələr aparılacaq.