BAKI,VOA, Fərid Mikayılov
Türkiyənin Milli Təhsil Nazirliyi tərəfindən Oracle proqram təminatı üzrə lisenziya, texniki dəstək və yenilənmə xidmətlərini əhatə edən açıq tender elan olunub.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Qeyd olunub ki, layihə 2026-cı ilin iyul ayından başlayaraq 2027-ci ilin may ayına qədər davam edəcək.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 1 iyun 2026-ci il tarixinə qədər "Atatürk Bulvarı No 98 3. Kat C Blok Bakanlıklar Çankaya/Ankara" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir