#Yəməndə daxili münaqişələr

İsrailin müdafiə naziri İsrail Kats Yəməndəki husilərə qarşı sərt bəyanatla çıxış edib. O, husilərin İsrailə qarşı raket hücumlarını intensivləşdirməsindən sonra onları Tövratda qeyd olunan “Misir bəlaları” nı yaşadacaqlarını qeyd edib. “Husilər İsrailə yenidən raket atır. Qaranlıq bəlası, ilk doğulanların bəlası — biz bütün 10 bəlanı tamamlayacağıq.”- Kats “X” sosial şəbəkəsində yazıb. Nazirin işarə etdiyi 10 bəla, Tövratın “Çıxış” kitabında təsvir olunan və İsrail oğullarının azad olunması üçün Misir fironuna göndərilən fəlakətləri əhatə edir.

Yəməndəki husilər avqustun 28-də İsrailin Sənaya hücumu zamanı baş nazir Əhməd Qalib ər-Rahavi və onu müşayiət edən bir neçə nazirin həlak olduğunu açıqlayıb. AzerVoice xəbər verir ki, Husilərlə bağlı Prezidentlik bəyanat yayıb. Bəyanatda İsrailin hücumunda həlak olan baş nazir Rehavi və bir neçə nazirin illik işlərini qiymətləndirmək üçün keçirilən adi görüş zamanı hədəf alındığı bildirilib.