#Türkiyə

Saydan verdiyi açıqlamada, dərmanların yüksək rütubətli və ya temperatur dəyişikliyinə məruz qalan yerlərdə, məsələn, vanna otağında və ya avtomobillərdə saxlanılmasının zərərli olduğunu bildirib. O, dərmanların tövsiyə olunan temperatur diapazonundan kənarda saxlanmasının effektivliyini azaltdığını və hətta zərərli ola biləcəyini qeyd edib. İnsulin, maye antibiotiklər və göz damcıları kimi dərmanların soyuducuda, lakin birbaşa buz paketləri ilə təmasda olmadan saxlanılmalı olduğunu vurğulayan Saydan, dondurucuya qoyulan dərmanların xarab olduğunu və istifadəyə yararsız hala gəldiyini əlavə edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüş keçirib. Ərdoğan Orta Dəhliz ilə Çinin “Kəmər və Yol” təşəbbüsünün uyğunlaşdırılması üçün birgə addımların əhəmiyyətini vurğulayıb. O, ikitərəfli ticarətin balanslı və davamlı inkişafı üçün sərmayələrin önəmini qeyd edib. Xüsusilə rəqəmsal texnologiyalar, enerji, səhiyyə və turizm sahələrinin böyük potensiala malik olduğunu bildirib. Prezident əlavə edib ki, bu çərçivədə Çin şirkətlərinin Türkiyədə sərmayə yatırmaları üçün əlaqələndirmənin artırılması faydalı olacaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci Dövlət Başçıları Şurasının Zirvə Toplantısında iştirak etmək üçün Çinə səfər edib. AzerVoice xəbər verir ki, Ərdoğanı Esenboğa hava limanında vitse-prezident Cevdet Yılmaz, Ankara valisi Vasip Şahin və digər rəsmi şəxslər yola salıblar.

HƏMAS, Türkiyənin Fələstin xalqına və Qəzza zolağına verdiyi dəstəyə görə minnətdarlığını ifadə edən bəyanat yayıb. Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilən Qəzza sessiyasının yekunlarına dair açıqlama verən HƏMAS, Türkiyənin İsrailə qarşı ticarət əlaqələrini kəsməsi və hava məkanını bağlaması qərarını yüksək qiymətləndirib. TBMM sədri Numan Kurtulmuşun sədrliyi ilə keçirilən fövqəladə iclasda İsrailin Qəzzaya hücumları, Fələstin xalqına qarşı soyqırım və zülm siyasətləri müzakirə edilib. HƏMAS-ın bəyanatında Türkiyənin bu məsələdəki qəti mövqeyi və İsrailə qarşı tətbiq etdiyi sanksiyalar təqdir olunub. Xüsusilə, xarici işlər naziri Hakan Fidanın İsrailə ticarət əlaqələrinin kəsilməsi, limanların və hava məkanının bağlanması ilə bağlı açıqlamaları vurğulanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 30 Avqust Zəfər Bayramı münasibətilə yayımladığı mesajda, bu günün türk millətinin müstəqillik və azadlıq mübarizəsinin simvolu olduğunu, məzlum xalqlara ümid verdiyini və “Türk Əsri”nin təməli olduğunu vurğulayıb. Ərdoğan mesajında, “30 Avqust türk millətinin azadlıq yolunda göstərdiyi misilsiz iradənin, sarsılmaz inamın və qəhrəmanlığın ən güclü rəmzlərindən biridir,” – deyib. O, Böyük Taarruzun qəhrəman ordunun vətənpərvərliyi və xalqın vahid iradəsi ilə qazanıldığını, bu zəfərin Cümhuriyyətin əsaslarını qoyduğunu qeyd edib.

Prezidentin kommunikasiyalar üzrə direktoru Burhanəddin Duran sosial media hesabında açıqlama verərək, Ərdoğanın 31 avqust - 1 sentyabr 2025 tarixlərində Tianjin şəhərində keçiriləcək ŞƏT Zirvəsində iştirak edəcəyini bildirib. Duran, Ərdoğanın sentyabrın 1-də genişləndirilmiş formatda keçiriləcək toplantıda çıxış edəcəyini və ev sahibi Çin Xalq Respublikasının Sədri Si Cinpin də daxil olmaqla digər liderlərlə ikitərəfli görüşlər keçirəcəyini qeyd edib.

Bu barədə nazir Yerlikaya sosial media hesabında paylaşım edib. O, paylaşımında Türk millətinin tarixi zəfərlərini xatırladaraq, “May 19 Mayı, apreldə 23 Apreli, oktyabrlar 29 Oktyabrı, avqustlar isə 30 Avqustu xatırladır,” – deyib. O, 1071-ci ildə Sultan Alp Arslanın Malazgirt Zəfəri ilə Anadolu qapılarını açdığını, 851 il sonra isə 26 Avqust 1922-də Qazi Mustafa Kamal Atatürk’ün “Allah Türk millətini qoruyacaq” sözləri ilə başlayan Böyük Taarruzun 30 Avqustda zəfərlə nəticələndiyini qeyd edib.

Mustafa Kamal Atatürkün komandanlığı altında 26 avqust 1922-ci ildə başlayan və 30 avqustda Böyük Hücum və Baş Komandan Döyüşü ilə zəfərlə yekunlaşan Türk Ordusunun qəhrəmanlıq dastanı, Türk tarixinin ən parlaq səhifələrindən biridir. Bu zəfər, Türkiyə Cümhuriyyətinin təməlinin qoyulmasında mühüm dönüş nöqtəsi olub. 1919-cu ildə Birinci Dünya Müharibəsindən sonra Müttəfiq dövlətlər Mudros barışıq müqaviləsinə əsasən Anadolunu işğal etməyə başlayıb. Halide Edip Adıvarın “Türkün odla sınanması” əsərində təsvir etdiyi kimi, müttəfiqlər İstanbul, Adana, Urfa, Maraş, Samsun, Merzifon, Antalya və cənub-qərb Anadolunu ələ keçirib. 1919-cu il mayın 15-də isə Yunan ordusu Müttəfiqlərin icazəsi ilə İzmiri işğal edib. Bu ağır şərtlər altında Türk milləti, tarix boyu göstərdiyi vətənpərvərlik şüuru ilə Kuvayımilliyə hərəkatını başladıb.

Türkiyədən öz ölkələrinə könüllü şəkildə geri dönən suriyalıların sayı 450 min 169 nəfərə çatıb. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib. Yerlikaya qeyd edib ki, ötən ilin 8 dekabrından etibarən Suriyaya qayıdış müraciətləri artıb və həmin dövrdən indiyədək 450 min 169 nəfər könüllü şəkildə vətəninə dönüb.