#Türkiyə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının 25-ci Zirvə Toplantısının Genişləndirilmiş İclasında Meyjiang Konqres Mərkəzində çıxış edib. Çıxışında Qəzza zolağında yaşanan humanitar faciəyə xüsusi diqqət çəkən Ərdoğan, 23 aydır körpələrin, uşaqların və yaşlıların aclıqdan öldüyü bu vəhşiliyin davam etməsinin qəbuledilməz olduğunu vurğulayıb.

Rusiyanın Dövlət Başçısı Vladimir Putin Türkiyəni həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq arenada etibarlı tərəfdaş kimi gördüklərini bildirib və "Türkiyənin bu mövzularda (Rusiya-Ukrayna danışıqlarındakı) xüsusi rolunun tələb olunmağa davam edəcəyinə əminəm" deyib. Kremldən verilən açıqlamaya görə, Putin Çin’in Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci Dövlət Başçılar Şurası Zirvəsi çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşüb. Putin Ərdoğanla qurucu və qarşılıqlı hörmət əsasında olan şəxsi təmaslarını yüksək qiymətləndirdiyini bildirib: "Bu, yaxşı qonşuluq prinsipləri və Rusiya-Türkiyə münasibətlərinin ənənəvi dostluq prinsipləri ilə tam uyğun gəlir. Türkiyəni həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq arenada etibarlı və özünü doğrultmuş tərəfdaş kimi görürük."

İstanbul Sabiha Gökçen Beynəlxalq Hava Limanı tarixində ən yüksək gündəlik uçuş göstəricisinə çatıb. Bildirilib ki, əldə edilən uğurda payı olan bütün əməkdaşlar və tərəfdaşlara təşəkkür edilib. Hava limanının əvvəlki gündəlik rekord göstəricisi isə 4 avqustda qeydə alınmışdı – həmin gün 840 uçuş reallaşdırılmışdı.

“The National Interest” jurnalının dərc etdiyi hesabatda Türkiyənin Reis sinfi sualtı qayıqlarının Hərbi Dəniz Qüvvələrinin döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırdığı bildirilib. Almaniyanın Type 214 platforması əsasında Türkiyədə istehsal olunan bu sualtı qayıqlar, havadan müstəqil hərəkət sistemi (AIP), aşağı səs-küy səviyyəsi və yüksək dözümlülük kimi qabaqcıl texnologiyalarla təchiz edilib. Hesabatda qeyd olunub ki, bu xüsusiyyətlər Türkiyəyə Şərqi Aralıq dənizi, Qara dəniz və Egey dənizində strateji üstünlük təmin edir.

2025-ci ilin ikinci rübündə Türkiyə iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz artım göstərib. Bu göstərici ilə fasiləsiz iqtisadi artım 20-ci rübə daşınıb. Tikinti sektoru ilin ikinci rübündə ən yüksək artım tempini nümayiş etdirərək 10,9 faiz böyüyüb. İnformasiya və kommunikasiya sahəsində 7,1 faiz, sənaye sektorunda isə 6,1 faiz artım qeydə alınıb. Ticarət, nəqliyyat, turizm və iaşə xidmətləri 5,6 faiz, peşə, inzibati və dəstək xidmətləri isə 5,4 faiz yüksəlib. Maliyyə və sığorta fəaliyyəti ilə daşınmaz əmlak sektoru ayrı-ayrılıqda 2,6 faiz artım nümayiş etdirib. Digər xidmət sahələrində isə bu göstərici 2,1 faiz olub. Məhsul üzərində vergilər – subsidiyalar fərqində 3,0 faiz artım qeydə alınıb.

Türk Dövlətləri Təşkilatı (TDT) və Türk Dil Qurumunun (TDQ) birgə təşkilatçılığı ilə ənənəyə çevrilmiş “Dildə, Fikirdə, İşdə Birlik Türk Dünyası Ədəbiyyat Mükafatları” bu il 26 sentyabrda sahiblərinə təqdim ediləcək. Tədbirə Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım sədrlik edəcək. Açılış çıxışlarını Binəli Yıldırım, qurumun rəhbəri professor Dərya Örs və Türk Dil Qurumunun sədri professor Osman Mert edəcəklər.

Əməliyyatlarda 137 su maşını, 12 tikinti texnikası, 74 ilkin müdaxilə maşını və 871 şəxsi heyət iştirak edir. Meşə Təsərrüfatı Baş Direktoru Bəkir Karacabey yanğın bölgəsində vəziyyəti yerindəcə qiymətləndirərək, Dənizli valisi Ömər Faruk Coşkun, AK Partiya Dənizli millət vəkili Şahin Tin, İl Təhlükəsizlik Müdiri Yavuz Sağdıç və Meşə Regional Müdiri Əhməd Köle ilə görüşüb, son vəziyyətlə bağlı məlumat mübadiləsi aparıb. Yanğının nəzarət altına alınması üçün bütün resursların səfərbər edildiyi bildirilir.

Türkiyənin Balıkesir vilayətində 3,7 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ Balıkesirin Sındırqı rayonunda yerli vaxtla saat 20:58-də (Bakı vaxtı ilə saat 21:58-də) baş verib. Yeraltı təkanların ocağı 12 kilometr dərinlikdə yerləşib. Zəlzələ ətraf vilayətlərdə də hiss olunub.

Türkiyənin Bartın vilayətinin Ulus rayonunda meşəlik ərazidə baş verən yanğın nəzarət altına alınıb. Aşağıçerçi kəndi ərazisində başlayan yanğın barədə məlumat verildikdən sonra hadisə yerinə çox sayda yanğınsöndürən briqada və texnika cəlb olunub. Alov və tüstü geniş ərazidə təsirini göstərdiyi üçün yanğına havadan və qurudan müdaxilə edilib. Külək və ərazinin mürəkkəbliyi işləri çətinləşdirib, lakin alovun yayılmasının qarşısını almaq üçün iş texnikası ilə meşəlikdə yol açılıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təhqiredici paylaşım edən şəxs saxlanılıb. Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Baş Polis İdarəsi məlumat yayıb. Bildirilib ki, saxlanılan şəxs barəsində Antalya Baş Prokurorluğu tərəfindən “prezidentə təhqir” maddəsi üzrə cinayət işi başlanıb.

Türkiyənin Bartın rayonunda meşə yanğını qeydə alınıb. Yanğın Bartının Ulus rayonunda baş verib. Əraziyə çox sayda yanğınsöndürən briqadaları və texnika cəlb olunub. Alov və tüstü geniş sahəyə yayılır, yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə davam edir. Bartın valisi Nurtaç Arslan da hadisə yerinə gələrək vəziyyətlə tanış olub və məsul şəxslərdən məlumat alıb. O, jurnalistlərə açıqlamasında əhalinin təxliyəsinin gündəmdə olmadığını bildirib.