Ərzurum Su Kanal İdarəsi, 1,2 milyon litr dizel yanacağı, 25 min litr 95 oktan benzin və 25 min litr dizel mühərrikləri üçün qatqı məhlulunun satın alınması üzrə tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Yanacaqlar tenderin nəticələri açıqlandıqdan sonra 12 ay ərzində hissə-hissə təhvil alınacaq.
#Türkiyə
İraq Kürdüstan Demokrat Partiyasının (KDP) sədri Məsud Bərzani Türkiyədə aparılan sülh prosesinə dəstək verəcəklərini və bunun üçün bütün imkanlarını səfərbər edəcəklərini bəyan edib. Bərzani, ABŞ və beynəlxalq koalisiyanın 2025-ci ilin sonuna qədər İraqdan çəkilməsinin bölgədə ciddi təhlükələr yaradacağını bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan milli hava hücumundan müdafiə sistemi olan “Çelik Kubbe” ilə bağlı önəmli açıqlamalar verib. Türkiyə Prezidentinin sözlərinə görə, bu sistem Türkiyəni hava hücumlarına qarşı müdafiədə yeni mərhələyə daşıyır və ölkəni daha güclü müdafiə qabiliyyətinə sahib dövlətlər sırasına çıxarır. “Sistemlər sistemi olan Çelik Kubbe ilə hava hücumundan müdafiədə artıq fərqli bir liqanın oyunçusu halına gəlirik”, – deyə Ərdoğan bildirib. Türkiyə Prezidenti Ərdoğan, sistemə yönəlmiş bəzi tənqidi fikirlərə də münasibət bildirib. O, “Çelik Kubbe vətəndaşı deyil, tərəfdarı qoruyacaq” deyən çevrələri “gözünü nifrət bürümüş güruh” adlandırıb və bu cür yanaşmanın milli təhlükəsizlik baxımından ciddi narahatlıq doğurduğunu vurğulayıb.
Türkiyə Qəzza əhalisinin yanındadır. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında səsləndirib. "Türkiyə, İsrailin baş naziri Benyamin Netanyahunun hökumətinin tamamilə nəzarəti itirdiyi bu çətin günlərdə, bütün imkanları ilə Qəzza əhalisinin yanındadır" – deyə, Ərdoğan bildirib.
Oğul Bey bölgənin ən qabaqcıl müdafiə texnologiyaları mərkəzlərindən biri olacaq. Bu fikri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib. “ASELSAN-a məxsus ümumi dəyəri 280 milyon dollar olan 14 mühüm obyektin rəsmi açılışını etdik. Eyni zamanda, 900 futbol meydançasından daha böyük bir ərazidə, bir milyard yarım dollarlıq sərmayə ilə inşa edilən Oğul Bey Texnologiya Mərkəzinin təməlini qoyduq. Bu strateji layihə tamamlandıqda, bölgənin ən müasir müdafiə texnologiyaları mərkəzlərindən birinə çevriləcək”, – deyə dövlət başçısı bildirib.
Türkiyədə Cümhuriyyət Xalq Partiyası (CHP) İstanbul Vilayət Sədrliyinin binasının, yeni vilayət sədri və rəhbərlik seçilənədək bağlı qalacağı açıqlanıb. Partiya Sarıyer Rayon Seçki Şurasına müraciət edərək, növbədənkənar İstanbul Vilayət Qurultayı keçirilib yeni rəhbərlik formalaşdırılanadək vəzifədən uzaqlaşdırılan vilayət sədri Özgür Çelikin fəaliyyətini davam etdirəcəyi yeni ünvanı İstanbul Valiliyinə və Ali Məhkəməyə təqdim edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2025–2026-cı tədris ilinin açılış mərasimində çıxış edərək, İzmir şəhərində baş verən silahlı hücumla bağlı ilk açıqlamasını verib. Ərdoğan çıxışında bildirib ki, hücum nəticəsində polis başmüfəttişi Aydemir və polis əməkdaşı Akın şəhid olub.
Təlim alacaq suriyalı hərbçilər daha sonra TSK tərəfindən öz ölkələrində də hazırlığa cəlb olunacaqlar. Türkiyə, Somali və Liviyada həyata keçirilən modelə bənzər şəkildə Suriyada da hərbi məktəb və gizir məktəbi qurmağı planlaşdırır. Bu barədə “Yeni Şafak”a danışan mənbələr belə deyib: “Biz Türkiyə olaraq Suriya ordusunun müdafiə qabiliyyətini gücləndirmək üçün təlim və məsləhətçilik edəcəyik. Təlimlərə başladıq, əsgərlərin hazırlığı artıq gedir”.
İzmirin Balçaova bölgəsində polis bölməsinə hücum nəticəsində 2 polis şəhid olub, 1 polis əməkdaşı yaralanıb. Hücumun 16 yaşlı gənc tərəfindən törədildiyi bildirilir. Bu gün səhər saatlarında Balçova rayonunda Salih İşgören Polis İdarəsinə hücum edilib. Ov tüfəngi ilə silahlanmış 16 yaşlı yeniyetmə tərəfindən həyata keçirilən hücumda 2 polis əməkdaşı həlak olub, biri isə ağır yaralanıb. Hadisə yerində araşdırmalar davam etdirilir.
Türkiyə Prezidentinin köməkçisi Cevdət Yılmaz, 2026–2028-ci illəri əhatə edən Orta Müddətli Proqramı (OMP) təqdim edərək, ölkə iqtisadiyyatının beynəlxalq çətinliklərə baxmayaraq sabit böyüməsini davam etdirdiyini bildirib.
Türkiyədə vəzifəsindən uzaqlaşdırılan Antalya Təhlükəsizlik İdarəsinin rəisi İlker Arslan həbs olunub.İstintaq çərçivəsində saxlanılan Arslan məhkəməyə çıxarılıb və məhkəmənin qərarı ilə həbsxanaya göndərilib.
Çanaqqala Onsəkkiz Mart Universiteti Xəstəxanası 4 növ tibbi cihazın satın alınması üçün tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Məhsullar tenderin nəticələri açıqlandıqdan sonra 20 gün ərzində təhvil alınacaq.