#Türkiyə

Türkiyə və İsrail arasındakı münasibətlər tarix boyu əməkdaşlıq və gərginlik mərhələləri ilə formalaşıb. Lakin ehtimal edilən bir hərbi qarşıdurma ssenarisini təhlil edərkən təkcə siyasi gərginlik deyil, hər iki dövlətin mövcud hərbi potensialı, beynəlxalq hüquqi öhdəlikləri və regiondakı geosiyasi reallıqlar da nəzərə alınmalıdır.

İstanbul Küçükçəkməcə Rayon Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Can Holdinqə bağlı 121 şirkətin əmlakına həbs qoyulub və onlar Əmanətlərin Sığortalanması Fondunun (TMSF) idarəsinə verilib. Maliyyə Cinayətlərini Araşdırma Şurası (MASAK) və digər nəzarət qurumlarının hesabatları əsasında müəyyən olunub ki, holdinq strukturu vasitəsilə mənşəyi bəlli olmayan pullar şirkət hesablarına köçürülüb, bu vəsaitlər müxtəlif şirkətlər arasında dövr etdirilərək gizlədilməyə çalışılıb və vergi öhdəliklərindən yayınmaq üçün saxta sənədlər tərtib edilib.

Türkiyənin İstanbul universiteti 211 növ cərrahi alətlərin satın alınması üçün tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Alətlər tenderin nəticələri açıqlandıqdan sonra 30 gün ərzində təhvil alınacaq.Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

Azərbaycan boksçusu Alfonso Dominqes İngiltərənin Liverpul şəhərində keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb. 90 kiloqram çəkidə mübarizə aparan millinin lideri 1/4 finalda Emrah Yaşarla (Türkiyə) üz-üzə gəlib. Döyüş dünya çempionumuzun qələbəsi ilə başa çatıb. Dominqes rəqibini 3:2 (28:29, 30:27, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Boksçu bu qələbə sayəsində özü üçün azı bürünc medalı da təmin edib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan 11–12 sentyabr tarixlərində İtaliyaya işgüzar səfər edəcək. Səfər çərçivəsində Fidan İtaliyanın baş nazir müavini və xarici işlər naziri Antonio Tajani ilə görüşəcək, həmçinin Romadakı Istituto Affari Internazionali adlı beyin mərkəzində çıxış edəcək.

Trend BİA və DHA Türkiyədə foto və videomaterialların alqı-satqısı üçün ən böyük platformalardan birinə çevriləcək yeni stok resursunu DHApress.com portalı üzərindən işə salır. Yeni layihənin hazırlanması və tətbiqi Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənmiş Azərbaycan-Türkiyə media platforması çərçivəsində Trend və DHA tərəfindən həyata keçirilib.

Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar, İtaliyanın Milan şəhərində keçirilən Gastech 2025 tədbiri çərçivəsində milli enerji şirkəti BOTAŞ ilə beynəlxalq enerji ticarət şirkəti Hartree arasında yeni təbii qaz sazişinin imzalandığını açıqlayıb.

İstanbulun Üsküdar rayonundakı kafe və restoranlar sentyabrın 12-də, cümə günü, gündəlik gəlirlərini Qəzzaya yardım məqsədilə ianə edəcəklər. Bu təşəbbüs bölgədə baş verən humanitar faciəyə diqqət çəkməyi hədəfləyir. “Üsküdardan Qəzzaya ürəklər körpüsü” adlı kampaniya İnsan Haqları və Azadlıqları Fondu (İHH), “Sadakataşı” Dərnəyi, “Deniz Feneri” Dərnəyi və Aziz Mahmud Hüdayi Fondu tərəfindən dəstəklənərək davam etdirilir.

ASELSAN ilə Türkiyə Müdafiə Sənayesi İdarəsi (SSB) arasında hava hücumundan müdafiə sistemlərinin tədarükünə dair 1 milyard 650 milyon avro dəyərində müqavilə imzalanıb. Bu barədə şirkətdən İctimayyəti Aydınlatma Platformuna (KAP) verilən açıqlamada, sözügedən razılaşmanın ASELSAN tarixində ən böyük tədarük müqavilələrindən biri olduğu vurğulanıb.