Ədliyyə Nazirliyinin Dəstək Xidmətləri İdarəsi Osmaniyədə yeni ədliyyə binasının tikintisi üçün tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşin icra müddəti yer təhvilindən etibarən 700 gün təşkil edir.
#Türkiyə
Türkiyənin Səhiyyə naziri Kemal Memişoğlu, AK Partiya tərəfindən Canik Mədəniyyət Mərkəzində təşkil olunan “Türkiyə Əsri Görüşləri” proqramında çıxış edərək, ölkənin səhiyyə sahəsindəki nailiyyətlərini vurğulayıb.
Türkiyə Xarici İşlər naziri Hakan Fidan 15 sentyabrda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı (İƏT) – Ərəb Liqası Xüsusi Zirvəsinə hazırlıq məqsədilə yarın Qətərin paytaxtı Dohada keçiriləcək Xarici İşlər Nazirləri Toplantısında iştirak edəcək
“Terrorsuz Türkiyə” prosesi ölkənin inkişafına, şərq ilə qərb arasında ümumi zənginləşməyə və rifaha xidmət edəcək. Bu fikri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş səsləndirib. O bildirib ki, terror probleminin tamamilə aradan qaldırılması yalnız təhlükəsizlik tədbirləri ilə mümkün deyil. Bu, çoxşaxəli və hərtərəfli yanaşma tələb edən prosesdir. Kurtulmuş, həmçinin cəmiyyətin müxtəlif təbəqələrinin dinlənməsinin vacibliyini vurğulayıb, eyni zamanda sürətli addımların atılmasının da zəruriliyini qeyd edib.
Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç, “Türkiyə Yüzili Görüşləri” çərçivəsində Çanaqqalaya səfəri zamanı 12 sentyabr hərbi çevrilişinin ildönümü ilə bağlı açıqlamalar verib. Tunç 1980-ci il 12 sentyabr çevrilişini ölkə demokratiya tarixində “qara ləkə” adlandırıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 14-də Qətərə səfər edəcək. Doha bazar və bazar ertəsi günləri İsrailin Qətərə qarşı həyata keçirdiyi hücumu müzakirə etmək məqsədilə fövqəladə Ərəb-İslam sammitinə ev sahibliyi edəcək. Sammitdə həm ərəb ölkələrinin, həm də İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin liderlərinin iştirakı gözlənilir. Toplantının əsas gündəliyini İsrailin Dohaya endirdiyi son hücum, Qətərin suverenliyinin pozulması və bölgədə artan gərginlik təşkil edəcək.
Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı gündəmə dair açıqlamalar verib. Bahçeli, Terrorsuz Türkiyə hədəfinə çatmaq üçün "Məclisin yüksək bir töhfəsi olduğunu" bildirib. Devlet Bahçeli Terrorsuz Türkiyə məqsədilə yaradılan komissiya işlərini dəyərləndirib. “Məclisin yüksək töhfəsi var” deyən Bahçeli, vətəndaş cəmiyyətlərinin iştirakı və siyasi partiya təmsilçilərinin prosesdə yer almasının çox vacib olduğunu vurğulayıb.
İzmirin Ödemiş Dövlət Xəstəxanası üçün 2 növ toplamda 120 ədəd UPS akkumulyatorunun satın alınması üçün tender elan edilib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Akkumlyatorlar tenderin nəticələri açıqlandıqdan sonra 45 gün ərzində təhvil alınacaq.
Türkiyənin Keşan bölgəsindən havaya qalxan Bayraktar TB3 PT-2R pilotsuz uçuş aparatı, ölkənin ən böyük hərbi gəmisi TCG Anadolu üzərində həyata keçirilən süni intellekt dəstəyi ilə tam avtomatik qalxış və eniş sınağını uğurla başa çatdırdı. Sınaq, Türkiyənin dəniz platformalarında pilotsuz uçuş aparatlarının istifadəsi sahəsində mühüm mərhələ kimi qiymətləndirilir. Bayraktar TB3-ün bu uğuru, həm əməliyyat imkanlarının genişlənməsi, həm də müdafiə sənayesində süni intellekt tətbiqlərinin artırılması baxımından strateji əhəmiyyət daşıyır.
Türkiyənin 38 şəhərində son bir həftə ərzində aparılan əməliyyatlarda İŞİD terror təşkilatı ilə əlaqəsi olan və təşkilata maliyyə dəstəyi göstərdiyi müəyyən edilən 161 nəfər saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya X sosial media hesabında açıqlama yayaraq, əməliyyatların detallarını ictimaiyyətlə bölüşüb.
Türkiyənin Ankara vilayətində 3,5 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata əsasən, zəlzələ Ankara vilayətinin Kalecik rayonunda yerli vaxtla saat 20:28-də (Bakı vaxtı ilə saat 21:28-də) baş verib. Yeraltı təkanların ocağı 8,6 kilometr dərinlikdə yerləşib.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş, “Terrorsusuz Türkiyə” hədəfi ilə yaradılan Milli Dayanışma, Qardaşlıq və Demokratiya Komissiyasının iclasında çıxış edərək həm İsrailin hücumlarına münasibət bildirib, həm də komissiyanın məqsədlərini açıqlayıb.