Türkiyənin ticarət naziri Ömər Bolat İordaniyanın paytaxtı Əmmanda İordaniya sənaye, ticarət və təchizat naziri Yarub əl-Qudat ilə birgə keçirilən Türkiyə–İordaniya Qarışıq İqtisadi Komissiyasının (KEK) iclasında iki ölkə arasında birinci dövr qarışıq iqtisadi komissiya üzrə Anlaşma Memorandumunun imzalandığını bildirib. Bolat qeyd edib ki, bu sənəd ticarətdən qarşılıqlı investisiyalara, tikinti layihələrindən kənd təsərrüfatına, səhiyyədən mədəniyyət və turizmə qədər bir çox sahədə əməkdaşlığı əhatə edən konkret və konstruktiv razılaşmaları özündə birləşdirir.
#Türkiyə
Dördüncü İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Daxili İşlər Nazirlərinin iclası İran Prezidenti Məsud Pezeşkianın iştirakı ilə Tehranda öz işinə başlayıb. Tədbir 15 illik fasilədən sonra Tehrandakı Sammit Konfrans Mərkəzində keçirilir. Görüş, İran hökumətinin qonşu ölkələrlə əməkdaşlığı genişləndirmək və regional əlaqələri möhkəmləndirmək siyasəti çərçivəsində təşkil olunub.
İsrail bazar ertəsi Qəzzada Türkiyə Silahlı Qüvvələrinin iştirakına qarşı olduğunu açıq şəkildə bəyan edib. AzerVoice xəbər verir ki, bu bəyanat, ABŞ prezidenti Donald Trampın Qəzza müharibəsinə son qoymaq planı çərçivəsində bölgəyə beynəlxalq qüvvə göndərilməsi təklifindən sonra verilib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Türkiyədə səfərdə olan Böyük Britaniyanın Baş naziri Keir Starmer Ankarada birgə mətbuat konfransı keçiriblər. Görüş çərçivəsində iki ölkə arasında müdafiə sənayesi və iqtisadi əməkdaşlıq sahəsində mühüm razılaşmalar imzalanıb. Prezident Ərdoğan, “Eurofighter Typhoon” döyüş təyyarələrinin tədarükünə dair tətbiq mexanizmlərinin heyətlərarası görüşlərdə imzalandığını açıqlayıb. “Bu əməkdaşlığın müdafiə sənayesində yeni ortaq layihələrə yol açacağına inanırıq. Bu razılaşmanı iki yaxın müttəfiq arasında strateji münasibətlərin yeni bir simvolu hesab edirik,” – deyə dövlət başçısı qeyd edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Krallığın Baş naziri Keyr Starmeri Prezidentlik Kompleksində rəsmi mərasimlə qarşılayıb. Birləşmiş Krallığın Baş naziri Keyr Starmer Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya gəlib. Prezident Ərdoğan Starmeri Prezidentlik Kompleksində rəsmi mərasimlə qarşılayıb. Qarşılama mərasimindən sonra Prezident Ərdoğan və qonaq Baş nazir təkbətək görüşüblər.
Ermənistan oktyabrın 27-dən etibarən Türkiyədən Azərbaycana və əks istiqamətdə yük maşınlarının tranzit keçidini təmin etməyə hazırdır.
İsrailin baş naziri Benyamin Netanyahu bazar günü bildirib ki, “İsrail suveren dövlət olaraq öz təhlükəsizlik siyasətini və Qəzza zolağında əməkdaşlıq etməyə razı olduğu beynəlxalq qüvvələri özü müəyyən edəcək”. “Biz təhlükəsizliyimizə özümüz nəzarət edirik və beynəlxalq güclərə aydın şəkildə izah etmişik ki, İsrail hansı qüvvələrin bizim üçün qəbuledilməz olduğunu özü müəyyən edəcək. Biz bu şəkildə hərəkət etmişik və bu istiqamətdə hərəkət etməyə davam edəcəyik”.-deyə o bildirib.
Türkiyənin “Eurofighter Typhoon” döyüş təyyarələrinin alınması ilə bağlı Qətər və Omanla apardığı danışıqlar uğurla davam edir. Ərdoğan bu barədə Oman səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib. Ankara Avropa müttəfiqləri və ABŞ-la müasir döyüş təyyarələrinin – 40 ədəd “Eurofighter Typhoon”, həmçinin “F-16” və “F-35” təyyarələrinin alınması barədə danışıqlar aparır.
Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndə müavini Aslı Güvən bildirib ki, beynəlxalq ictimaiyyət “Qəzzadakı atəşkəsin qorunması” məsələsini ən vacib prioriteti kimi görməlidir. Güvən, BMT Təhlükəsizlik Şurasının “Fələstin məsələsi də daxil olmaqla Yaxın Şərqdəki vəziyyət” mövzusunda keçirilən iclasında çıxış edib. Türkiyənin Qəzzada atəşkəsin əldə olunmasını məmnunluqla qarşıladığını bildirən Güvən, atəşkəs razılaşmasının “tam və dərhal həyata keçirilməsinə” çağırıb.
Türkiyə Müdafiə Nazirliyi bəyan edib ki, Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında “Suriya Demokratik Qüvvələri” (SDQ) tərəfindən qazılmış 702 kilometr uzunluğunda tunelləri məhv edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Oman Sultanı Heysəm bin Tariqin Al Alam Sarayında başçılıq etdikləri heyətlərarası görüşdən sonra iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq sazişləri imzalanıb. Əvvəlcə, “Türkiyə Respublikası Hökuməti ilə Oman Sultanlığı arasında Koordinasiya Şurasının yaradılması barədə ortaq bəyanat” Türkiyənin xarici işlər naziri Hakan Fidan və Oman xarici işlər naziri Sayyid Badr bin Hamad Al Busaidi tərəfindən imzalanıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, rəsmi səfərlər çərçivəsində Körfəz turunun son dayanacağı olan Omanın paytaxtı Maskata çatıb. Prezident Ərdoğan, Al Alam Sarayında Oman Sultanı Heysəm bin Tarikqə görüşüb. Körfəz turuna Küveyt səfəri ilə başlayan Ərdoğan, daha sonra Qətərə gedib və son dayanacaq olaraq Omanı ziyarət edib.