#Türkiyə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ankarada rəsmi səfərdə olan Almaniya kansleri Fridrix Merslə keçirilən birgə mətbuat konfransında Qəzza məsələsini müzakirə edib. Kanslerin “İsrail özünü müdafiə etdi” ifadəsinə açıq şəkildə etiraz edən Ərdoğan: “60 mindən çox uşaq, qadın və yaşlı həyatını itirib. HƏMAS-ın bombası, nüvə silahı yoxdur. Amma bütün bu silahlar İsrailin əlində var və istifadə edir. Qəzzə gecə-gündüz bombardman olunur. Bunları Almaniya görmürmü?”-deyib.

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, DEM Partiyasının İmralı heyəti ilə Beştepedə görüş keçirib. Təxminən 1 saat davam edən görüş mediaya qapalı şəkildə baş tutub. Qəbulda DEM Partiyasının təmsilçiləri – TBMM sədr müavini və Van millət vəkili Pervin Buldan, Şanlıurfa millət vəkili Mithat Sancar, həmçinin AK Partinin sədr müavini Efkan Ala və MİT sədri İbrahim Kalın iştirak ediblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Fridrix Merts ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında Türkiyə-Almaniya münasibətlərinin strateji əhəmiyyətini vurğulayıb. Ərdoğan bildirib ki, güclü əsaslara və çoxsahəli əlaqələr şəbəkəsinə malik Türk-Alman əməkdaşlığı Avropa və qonşu bölgələrin təhlükəsizliyi üçün vazkeçilməzdir.

Türkiyənin Daxili İşlər Naziri Əli Yerlikaya açıqlayıb ki, Sinop mərkəzli 6 vilayətdə keçirilən kiber cinayətlər əməliyyatlarında 32 şübhəli saxlanılıb, onlardan 30-u həbs edilib. Əməliyyatlar “cinayət törətmək məqsədilə təşkilat yaratmaq” və Futbol və Digər Bahis Yarışlarında Bahis və Şans Oyunlarının Tənzimlənməsi Qanununa zidd fəaliyyət ilə bağlı aparılıb. Saxlanılan şəxslərin hesablarında ümumilikdə 524,5 milyon TL-lik əməliyyat hərəkəti aşkar olunub.

Atatürk Beynəlxalq Sülh Mükafatı BMT Baş katibi Antonio Quterreşə təqdim ediləcək.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 29 Oktyabr Respublika Günü münasibətilə keçirilən xüsusi proqramda çıxış edərkən deyib. “Cənab Quterreşə bütün dünyada sülhün və sabitliyin təmin olunması istiqamətində göstərdiyi səylərə görə təşəkkür edirəm. Atatürk Beynəlxalq Sülh Mükafatını ona təqdim edəcəyik.”-deyə Ərdoğan bildirib.

İran Prezidenti Məsud Pezeşkian Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Respublika Günü münasibətilə təbrik edib. İran Prezidenti Məsud Pezeşkian Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və qardaş Türkiyə xalqına Respublika Günü münasibətilə təbrik məktubu göndərib. Çərşənbə günü göndərdiyi müraciətində Pezeşkian, iki ölkə arasında mövcud olan qədim və dostluq münasibətlərinin qarşılıqlı maraqlar naminə daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib.

ABŞ dövlət katibi Marko Rubio, 29 Oktyabr — Türkiyə Respublikasının 102-ci ildönümü münasibətilə təbrik mesajı yayıb. Rubio mesajında ABŞ-Türkiyə münasibətlərinin qlobal sülh, təhlükəsizlik və rifah üçün kritik əhəmiyyət daşıdığını vurğulayıb. “ABŞ və Amerika xalqı adından, Türkiyə xalqını Respublikanızın qurulmasının 102-ci ildönümü münasibətilə ən səmimi arzularımla təbrik edirəm. ABŞ-Türkiyə münasibətləri qlobal sülh, təhlükəsizlik və rifah baxımından həyati önəmə malikdir.Türkiyə Respublikası, köklü və dəyərli bir NATO müttəfiqidir.” – deyə Rubio bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, 29 Oktyabr Respublika Günü münasibətilə yayımladığı mesajında 86 milyon vətəndaş, Kıbrıs Türk xalqı və xaricdə yaşayan soydaşların bayramını təbrik edib. Ərdoğan mesajında, Cümhuriyyətin 102-ci ildönümünün böyük iftixar və qürurla qeyd edildiyini vurğulayıb və tarix boyunca vətən uğrunda canını qurban vermiş şəhid və qaziləri hörmətlə yad etdiyini bildirib. O, həmçinin Cümhuriyyətin banisi Qazi Mustafa Kamal Atatürk və Milli Mübarizənin bütün qəhrəmanlarını xatırlayıb.

Türkiyə Böyük Millət Məclisinin 29 Oktyabr 1923-cü ildə Respublika idarəçiliyini elan etməsinin xatirəsinə hər il 29 Oktyabrda Türkiyə və Şimali Kiprdə Respublika Bayramı qeyd olunur. Bu bayram 1925-ci ildə qanunla milli bayram statusu almışdır. Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürk 29 Oktyabr 1933-cü ildə verdiyi Onuncu İl Nitqində bu günü “ən böyük bayram” adlandırmışdır.

İsrail Baş naziri Benyamin Netanyahu təhlükəsizlik toplantısından sonra orduya Qəzzada hərbi əməliyyatları bərpa etməyi tapşırıb. Yerli media İsrail ordusunun ilk olaraq Rəfah şəhərinə hava hücumu həyata keçirdiyini bildirir. Netanyahu qərarını “HƏMAS-ın atəşkəsi pozduğu” iddiası ilə əsaslandırıb.