Oktyabrın 22-də Azərbaycan İstiqlal Muzeyində Çanaqqala döyüşlərinin 110 illiyinə həsr olunmuş “Cəbhədən fotolarla: Çanaqqala döyüşləri” adlı fotosərgi və panel keçirilib. Tədbir Azərbaycan və Türkiyə Mədəniyyət Nazirliklərinin, Bakı Yunus Əmrə İnstitutu və İstiqlal Muzeyinin birgə təşkilatçılığı, Türkiyənin Bakıdakı səfirliyinin və Çanaqqala Döyüşləri Gelibolu Tarixi Ərazi İdarəsinin dəstəyi ilə reallaşıb.
#Türkiyə
Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Tani-nin iştirakı ilə müxtəlif sahələrdə anlaşmalar və Yüksək Strateji Komitənin 11-ci Toplantısına dair Birgə Bəyanat imzalanıb. Türkiyə ilə Qətər arasında müxtəlif sahələr üzrə anlaşmalar imzalanıb. Əmirlik Divanında keçirilən təkbətək və nümayəndə heyətləri səviyyəsində görüşlərdən sonra Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Tani Türkiyə–Qətər Yüksək Strateji Komitəsinin 11-ci iclasına sədrlik ediblər.
İstanbul Hava Limanı ilə Avstraliyanın Sidney Hava Limanı arasında “Qardaş Hava Limanı” sazişi imzalanıb. Bu barədə İstanbul Hava Limanının operatoru İGA məlumat yayıb. Saziş çərçivəsində iki hava limanı arasında sərnişin və yük daşımalarının artırılması, hava nəqliyyatı xidmətlərinin inkişaf etdirilməsi və ortaq destinasiya tanıtımı məqsədilə strateji əməkdaşlıq qurulub.
Ermənistan öz ərazisi ilə Türkiyədən Azərbaycana və əks istiqamətə yük avtomobillərinin tranzitini təmin etməyə hazırdır.
Dünən Türkiyə üzrə 81 vilayətdə eyni vaxtda miqrant qaçaqçılığı təşkilatçıları və qeyri-qanuni miqrantlara qarşı genişmiqyaslı əməliyyatlar keçirilib. Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya bildirib ki, həyata keçirilən yoxlamalar zamanı 132-si xarici ölkə vətəndaşı olmaqla, ümumilikdə 169 qaçaqçılıq təşkilatçısı saxlanılıb. Eyni zamanda, 430,454 nəfərin şəxsiyyət yoxlanışı aparılmış və 783 qeyri-qanuni miqrant aşkar edilərək saxlanılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) və Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndə heyəti ilə görüş keçirilib.
Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçeli, Türkiyə Böyük Millət Məclisində keçirilən qrup iclasında çıxış edərək Şimali Kipr Türk Respublikasının Türkiyəyə birləşdirilməsinin vacibliyini vurğulayıb. MHP lideri çıxışında bildirib ki, federasiya təklifləri artıq mənasız və keçərsizdir. “Kipr Türkündür, Türkün öz vətənidir. Federasiya nəzəriyyələrinin və təkliflərinin keçərliyi, eləcə də gələcəyi qətiyyən yoxdur.”-deyə o bildirib.
2025-ci ilin yanvar- sentyabr ayında Türkiyədə Azərbaycan kapitalı ilə 92 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 60 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 476 milyon 950 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 158 milyon 690 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib. Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - sentyabr ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (78) qeydiyyata alınıb.
Türkiyənin müdafiə sənayesində strateji əhəmiyyət daşıyan Bayraktar KIZILELMA pilotsuz uçuş aparatı 2026-cı ildə Türkiyə Silahlı Qüvvələrinin istifadəsinə veriləcək. Layihə çərçivəsində aparılan sınaqlara artıq döyüş sursatlarının atış testi də əlavə olunub. Mütəxəssislərin fikrincə, KIZILELMA-nın xidmətdə tətbiqi Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 və F-4 tipli döyüş təyyarələrinin əməliyyat yükünü azaldacaq.
Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi Toplu Mənzil İdarəsi (TOKİ) tərəfindən, Zonguldak şəhərinin Kilimli rayonunda 367 mənzil və 8 ticarət obyektindən ibarət yaşayış kompleksinin tikintisi, infrastruktur və abadlıq işlərinin icrası üzrə tender elan edib.
Nəcməddin Ərbakan Universiteti yeni MRT cihazının alımı üçün tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Cihaz tenderin nəticələri açıqlandıqdan sonra 180 gün ərzində təhvil verilməlidir. Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasında (KKTC) keçirilən prezident seçkilərində qalib gələn Respublikaçı Türk Partiyasının (CTP) sədri Tufan Erhürmanı təbrik edib. Ərdoğan seçkilərin nəticələrinin həm Türkiyə, həm də region üçün xeyirli olmasını arzulayıb.