Türkiyənin xarici işlər naziri Hakan Fidan Küveytin xarici işlər naziri Cərrah Cabir əl-Əhməd əs-Sabah ilə telefon danışığı aparıb. Tərəflər söhbət zamanı regionda yaranmış son vəziyyəti müzakirə ediblər. Görüşün təfərrüatları ilə bağlı əlavə məlumat açıqlanmayıb.
#Türkiyə
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik İsrailin Qəzza zolağına hücumlarını sərt tənqid edərək, Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hökuməti sülh təşəbbüslərini məqsədli şəkildə pozmaqda ittiham edib.
Türkiyə ilə İraq arasında xam neft boru kəmərinin daha səmərəli istifadəsinə dair bir illik saziş imzalanıb. Razılaşma çərçivəsində kəmərin gündəlik 750 min barel daşıma gücü üzrə yeni tutum tənzimləməsi tətbiq olunacaq. Alparslan Bayraktar bildirib ki, imzalanan saziş Türkiyə ilə İraq arasında enerji əməkdaşlığının inkişafına və mövcud neft infrastrukturunun daha səmərəli istifadəsinə töhfə verəcək.
AK Partiyanın sözçüsü Ömər Çelik FETÖ ilə mübarizənin milli vəzifə olduğunu bildirərək, terror təşkilatına qarşı mübarizənin həm Türkiyədə, həm də beynəlxalq səviyyədə fasiləsiz davam etdirilməsinin vacibliyini vurğulayıb. AK Partiya sözçüsü bildirib ki, FETÖ bəzi xarici ölkələrdə hələ də müəyyən dairələr tərəfindən qorunur.
Əhməd Davudoğlu akademik və dərin düşüncə sahibi kimi önəmli fiqurdur
Türkiyədə 15 iyul çevriliş cəhdi zamanı Prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd qrupunda iştirak edən və qırmızı bülletenlə axtarılan FETÖ üzvü B.K. Afyonkarahisarda keçirilən əməliyyat zamanı saxlanılıb. Onun 37 nəfərlik qrupun azadlıqda qalan son üzvü olduğu bildirilib. Bildirilib ki, saxlanılan şəxs 15 iyul çevriliş cəhdi zamanı Marmarisdə Prezident Ərdoğanın qaldığı otelə hücum edən 37 nəfərlik qrupun uzun müddət azadlıqda qalan son üzvü olub.
Türkiyənin milli döyüş təyyarəsi KAAN-ın yeni prototipi ilk taksi (yerüstü hərəkət) sınağını uğurla başa vurub. Ölkənin müdafiə sənayesinin ən mühüm layihələrindən biri hesab edilən KAAN proqramı çərçivəsində hazırlanmış iki yeni prototip ilk dəfə ictimaiyyətə təqdim olunub. Bu platformalar ötən il ilk uçuşunu həyata keçirən ilkin prototiplə müqayisədə bir sıra texniki yeniliklər və konstruktiv dəyişikliklərlə fərqlənir.
Livan Prezidenti Cozef Aun İsraillə müharibə zamanı ölkəsinin ağır itkilər verdiyini bəyan edib. O, minlərlə insanın həlak olduğunu, kənd və şəhərlərin dağıldığını, çoxsaylı ailələrin evlərini tərk etdiyini bildirib. Aun Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşdə Livanın bərpa prosesinə sadiq qaldığını vurğulayıb. Prezident xalqın iradəsinin sarsılmadığını və dövlətin suverenliyinin bərpasının əsas məqsəd olduğunu qeyd edib. O, Türkiyə ilə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini də dilə gətirib. Səfərin iki ölkə arasında münasibətlərin inkişafına töhfə verəcəyi bildirilib. Livan rəhbərliyi regionda sabitliyin möhkəmləndirilməsi istiqamətində əməkdaşlığın davam etdiriləcəyini bəyan edib.
Azərbaycan Hava Yolları Türkiyənin Qars şəhərinə ilk reysini həyata keçirib. VOA xəbər verir ki, ilk uçuşun sərnişinləri Qars Harakani Hava Limanında xüsusi mərasimlə qarşılanıblar. Yeni marşrut üzrə uçuşlar həftədə iki dəfə təşkil olunacaq. Reyslər cümə axşamı və bazar günləri həyata keçiriləcək. Yeni istiqamət Azərbaycan ilə Türkiyə arasında hava əlaqələrinin genişlənməsinə xidmət edəcək. Bununla yanaşı, turizm, biznes və mədəni əlaqələrin inkişafına da əlavə töhfə verəcəyi gözlənilir. Hazırda Azərbaycan Hava Yolları Türkiyənin doqquz şəhərinə müntəzəm uçuşlar həyata keçirir.
Sözügedən koalisiya məsələsi ilk gündəmə gələn dövrdə İran indiki vəziyyətdə deyildi
İyulun 28-də Ankaradakı Prezident Sarayında Türkiyə və İraq arasında sazişlərin rəsmi imzalanma mərasimi zamanı canlı yayım kameraları qarşısında qısa diplomatik gərginlik yaşandı. Lakin növbə geosiyasi baxımdan ən kritik sənədə – Avrasiyanın ticarət xəritəsini yenidən cızacaq 17 milyard dollarlıq “İnkişaf Yolu” layihəsinə daxil olan Nəqliyyat sahəsində Əməkdaşlıq Sazişinə çatanda, salona birdən-birə ağır bir sükut çökdü.
Türkiyənin Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinatoru Mahmud Ağrıman Bakı Türk Şəhidliyində keçirilən tədbirdə diqqətçəkən açıqlamalar verib. O bildirib ki, Türkiyədə və dünyanın müxtəlif ölkələrində təhsil alan gənclərin ilk səfər ünvanlarından biri məhz Azərbaycandır.