Əhməd Davudoğlu Gələcək Partiyasının fəaliyyətinə xitam verildiyini və siyasətdən getdiyini açıqlayıb. O, qərarını ölkədəki siyasi mühitlə əsaslandırıb. Davudoğlu prezident idarəetmə sistemini tənqid edərək hakimiyyət bölgüsünün pozulduğunu bildirib. Sabiq baş nazir Türkiyənin gücləndirilmiş parlament idarəetmə sisteminə keçməsinin vacibliyini vurğulayıb. O, 2019-cu ildə təsis etdiyi Gələcək Partiyasına da rəhbərlik edirdi.
#Türkiyə
Türkiyənin müdafiə sənayesi şirkəti ROKETSAN gənc mütəxəssislər üçün nəzərdə tutulan "LEVEL-UP AI/ROKETSAN Süni İntellekt Hackathonu" proqramına qeydiyyatın başladığını elan edib. Proqram çərçivəsində Edge AI, maşın öyrənməsi, böyük dil modelləri, avtonom sistemlər və məlumat elmi istiqamətlərində təlimlər, texniki seminarlar, panel müzakirələri və 48 saatlıq hackathon təşkil olunacaq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 6 fevral zəlzələlərindən sonra yaranmış proseslərə toxunaraq, təbii fəlakətdən şəxsi maraqlar üçün istifadə edənlərin məsuliyyətə cəlb edildiyini bildirib. O bildirib ki, zəlzələdən istifadə edərək fürsətçilik edən şəxslər hazırda qanun qarşısında cavab verirlər və bu prosesdə müxtəlif qanunsuz əlaqələr də üzə çıxır.
Türkiyə Avropada davam edən genişmiqyaslı meşə yanğınları ilə mübarizəyə dəstəyini davam etdirir. İspaniyadan sonra Fransanın müraciəti əsasında da bu ölkəyə iki yanğınsöndürmə təyyarəsi göndərilib. Nazirin sözlərinə görə, Prezident Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə əvvəlcə İspaniyaya iki yanğınsöndürmə təyyarəsi göndərilib. Fransanın da yardım müraciətindən sonra daha iki təyyarə bu ölkədə yanğınların söndürülməsinə cəlb olunub.
Donald Tramp Türkiyəni etibarlı müttəfiq kimi qiymətləndirib. O, Prezident Rəcəb Tayyib Ərdoğanı "dost" adlandırıb. Tramp F-35 qırıcılarının Türkiyəyə satışı ilə bağlı suala cavab verərkən silah satışlarına dair qərarları ABŞ-nin özü verdiyini bildirib. ABŞ Prezidenti heç kimin Vaşinqtona bu məsələdə göstəriş verə bilməyəcəyini vurğulayıb. O, Türkiyə ilə münasibətlərə müsbət yanaşdığını ifadə edib. F-35 satışı ilə bağlı konkret qərar açıqlanmayıb. İsrail və Türkiyə tərəfi hələlik bu bəyanata münasibət bildirməyib.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Türkiyənin Dövlət Su İşləri İdarəsinin nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə torpaqların konsolidasiyası və aqrar sahədə əməkdaşlıq əsas müzakirə mövzusu olub. Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək pilot layihələr barədə fikir mübadiləsi aparılıb. Qəbələ və Salyan rayonlarında planlaşdırılan layihələrin gedişi və ilkin qiymətləndirmələrin nəticələri nəzərdən keçirilib. Tərəflər hüquqi, texniki və institusional məsələləri də müzakirə ediblər. Türkiyə təcrübəsinin Azərbaycanda tətbiqinin əhəmiyyəti vurğulanıb. Görüşdə gələcək əməkdaşlığın genişləndirilməsi barədə razılıq ifadə olunub.
Azərbaycanda torpaqların konsolidasiyası üzrə ilk pilot layihələr həyata keçiriləcək. Dünya Bankının dəstəyi ilə layihələr Qəbələ və Salyan rayonlarını əhatə edəcək. Bu məqsədlə Türkiyənin Dövlət Su İşləri İdarəsinin nümayəndə heyəti Azərbaycana səfər edib. Səfər zamanı layihələrin icra ediləcəyi ərazilərdə baxış keçirilib və suvarma infrastrukturu qiymətləndirilib. Aidiyyəti dövlət qurumlarının iştirakı ilə müzakirələr aparılıb. Türkiyə təcrübəsi əsasında ilkin yol xəritəsi hazırlanıb. Layihənin aqrar sahədə Azərbaycan–Türkiyə əməkdaşlığını daha da gücləndirəcəyi gözlənilir.
Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) avqust ayında Türk pilot heyətinin Eurofighter təlimləri üçün İngiltərəyə göndəriləcəyini açıqlayıb. MSB-nin açıqlamasında qeyd olunur ki, həmçinin Hava Hərbi Məktəbində tələbə Veli Bilginin vəfatı ilə bağlı aparılan inzibati və hüquqi araşdırmalar davam etdirilir. Ölüm səbəbi rəsmi tibbi ekspertiza ilə müəyyən olunacaq. Nazirlik sosial mediada spekulyativ açıqlamalara inanılmamasını xahiş edib.
2026-cı ilin yanvar–iyun aylarında Türkiyədə Səudiyyə Ərəbistanı kapitallı 19 yeni şirkət qeydiyyata alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16 şirkət azdır. Qurumdan bildirilib ki, hesabat dövründə Türkiyədə qeydiyyata alınan Səudiyyə Ərəbistanı kapitallı şirkətlərin ümumi kapitalı 311 milyon 440 min 858 türk lirəsi təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 72 milyon 310 min türk lirəsi olub.
HƏMAS-ın yeni rəhbəri Xəlil əl-Həyyə ilk bəyanatında Misir, Qətər və Türkiyəyə təşəkkür edib. O, bu ölkələrin Qəzzada qan tökülməsinin qarşısını almaq üçün fəal vasitəçilik etdiyini bildirib. Əl-Həyyə danışıqlar prosesinə dəstək verən dövlətləri İsrail hökumətinə daha ciddi təzyiq göstərməyə çağırıb. Onun sözlərinə görə, əldə olunmuş razılaşmalar tam şəkildə həyata keçirilməlidir. Yeni lider bu addımın bölgədə gərginliyin azalmasına töhfə verəcəyini qeyd edib. Bəyanat onun rəhbər seçilməsindən sonra ilk rəsmi çıxışlarından biri olub. Qəzzada humanitar vəziyyət isə beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalır.
Türkiyə Xarici İşlər Nazirliyi Husilərin Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası tətbiq etmək təhdidlərini qınayıb. “Husilərin Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası tətbiq etmək təhdidlərini qınayır və Səudiyyə Ərəbistanı ilə həmrəylik içində olduğumuzu bir daha təsdiqləyirik.”
Türkiyənin Ankara şəhərinin, Temelli rayonunda təlim məqsədli helikopter qəzaya uğrayıb. Hadisə yerinə çox sayda xilasedici cəlb olunub. İlkin məlumata görə, qəza zamanı 2 nəfər yaralanıb. Hazırda hadisənin səbəbləri araşdırılır.