Türkiyə beynəlxalq sabitləşdirmə səylərinə töhfə verməyə hazırdır və iki dövlət prinsipinə əsaslanan ədalətli və davamlı bir sülhün əldə edilməsini dəstəkləməyə davam edəcək. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Sülh Şurasının Vaşinqtonda keçirilən ilk iclasında deyib. Fidan qeyd edib ki, kollektiv diplomatik səylərə baxmayaraq, humanitar vəziyyət kövrək olaraq qalır və atəşkəs pozuntuları davam edir.
#Türkiyə
Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah ABŞ-nin paytaxtı Vaşinqtonda keçiriləcək Sülh Şurasının ilk iclasında iştirak edəcək. Hakan Fidan toplantıya Rəcəb Tayyib Ərdoğan-ı təmsil edərək qatılacaq. Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Türkiyənin təsisçi üzvlərindən olduğu Sülh Şurasının ilk iclasında nazir regional sülh və Qəzzanın gələcəyi ilə bağlı Ankaranın prinsipial mövqeyini beynəlxalq ictimaiyyətə çatdıracaq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasını (CHP) tənqid edərək siyasi mübarizəni qətiyyətlə davam etdirəcəklərini bildirib. Onun sözlərinə görə, belə şəraitdə siyasətçinin geri addım atmaması, səbirli və prinsipial mövqe sərgiləməsi vacibdir. Prezident vurğulayıb ki, “geri addım atmaq yoxdur, dik duracağıq, lakin dikbaşlıq etməyəcəyik. Amma CHP-yə də meydanı buraxmayacağıq”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrana qarşı mümkün hərbi eskalasiyanın region üçün ciddi risklər yaradacağını bildirib. Türkiyə lideri qeyd edib ki, son olaraq İran Prezidenti ilə görüş keçirib, növbəti gün isə ABŞ Prezidenti Donald Tramp ilə danışıqlar aparıb. Bu təmaslarda regional gərginliyin azaldılması və mümkün diplomatik yol xəritəsi müzakirə olunub.
Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın Suriyadakı proseslər və “Terrorsuz Türkiyə” hədəfi ilə bağlı mühüm açıqlamalar verib.Kalın Suriya böhranının başlanğıcından etibarən prosesdə aktiv rol aldıqlarını bildirərək, 8 dekabr inqilabından sonra ötən bir ildən artıq müddətdə Suriyaya bütüncül baxış bucağı ilə yanaşdıqlarını vurğulayıb.
Nigeriyalı hücumçu Viktor Osimhen keçmiş klubu Napoli ilə münasibətlərinin pozulmasına səbəb olan qalmaqallı hadisələr barədə danışıb və rəhbərliyin ona qarşı davranışını sərt şəkildə tənqid edib. Osimhen İtaliya mətbuatına müsahibəsində 2023-cü ilin sentyabrında Napolinin sosial şəbəkə hesabında yayımlanan və onun qaçırdığı penalti epizodunu ələ salan videodan sonra münasibətlərin tamamilə dəyişdiyini bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin dəvəti ilə bu gün həmin ölkəyə rəsmi səfər edəcək. Səfər çərçivəsində ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal məsələlərin müzakirəsi gözlənilir. Türkiyənin Afrika ilə qarşılıqlı hörmət və strateji tərəfdaşlıq prinsipləri əsasında həyata keçirdiyi siyasət çərçivəsində Prezident Ərdoğan Efiopiyanın paytaxtı Əddis-Əbəbəyə yola düşəcək.
Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ev sahibliyi, həmçinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) və Türk Dünyası Fondunun (TDV) dəstəyi ilə təşkil olunan Beynəlxalq Təcrübə Mübadiləsi Proqramı “Türk Bərpa və Konservasiya Laboratoriyaları Şəbəkəsi” öz işinə İstanbulda davam edib.
Türkiyənin Milli Müdafiə naziri Yaşar Güler Liviyanın Baş Qərargah rəisinin müavini, general-leytenant Selahəddin ən-Nəmruşu qəbul edib. Nazirliyin sosial şəbəkə hesabında yayılan məlumata görə, görüş Türkiyə Baş Qərargah rəisi, ordu generalı Səlcuq Bayraktaroğlunun dəvəti ilə Ankaraya səfər edən liviyalı nümayəndə heyətinin iştirakı ilə baş tutub. Qəbulda ordu generalı Səlcuq Bayraktaroğlu da iştirak edib. Görüşdə iki ölkə arasında hərbi əməkdaşlıq və qarşılıqlı əlaqələrin inkişafı məsələlərinin müzakirə olunduğu bildirilir
Türkiyənin yeni ədliyyə naziri Akın Gürlek İsrailin işğal altındakı Qərb Sahilində məskunlaşma fəaliyyətlərini genişləndirmək və suverenlik iddiasını gücləndirmək qərarına sərt reaksiya verib.
UEFA Çempionlar Liqasının son 16 play-off mərhələsinin ilk oyununda Türkiyənin Qalatasaray klubu İtaliyanın Yuventus komandasını qəbul edəcək. Qalatasaray sabahkı oyuna bir neçə itki ilə çıxacaq. Qabonlu yarımmüdafiəçi Mario Lemina sarı vərəqə cəzası səbəbindən meydana çıxa bilməyəcək. Bundan əlavə, UEFA siyahısına daxil edilməyən Arda Ünyay, Renato Nhaqa və Can Armando Güner də oyunda iştirak etməyəcək.
İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib ki, Tehran narahatlıqları aradan qaldıracaq ədalətli nüvə danışıqlarına hazırdır. İran rəsmisi vurğulayıb ki, danışıqlar yalnız ədalətli və məntiqi əsasda aparıldığı halda müsbət qiymətləndirilə bilər və proses vaxt uzatma vasitəsinə və ya nüvə çərçivəsindən kənar məsələlərin gündəmə gətirilməsinə çevrilməməlidir.