#Türkiyə

Kaxetidə təşkil edilən Gürcüstan-Azərbaycan-Türkiyə biznes forumunda regional bağlantıların gücləndirilməsi üçün strateji imkanlar vurğulanıb, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi müzakirə olunub, panel müzakirə və B2B görüşlər keçirilib.

Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay Azərbaycan–Ermənistan prosesində atılan addımları konstruktiv yanaşmanın göstəricisi kimi qiymətləndirib. Fuat Oktay jurnalistlərə açıqlamasında bildirib ki, Qazaxıstan və Rusiyadan buğdanın Ermənistan istiqamətində Azərbaycan ərazisi vasitəsilə daşınması, eləcə də tərəflər arasında ticarət əlaqələrinin başlanması Bakının öz gücünə və mövqeyinə inamının bariz nümunəsidir.

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Zəngəzur dəhlizinin region üçün strateji əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, sözügedən təşəbbüs yalnız nəqliyyat xətti kimi deyil, eyni zamanda regionda sabitlik və iqtisadi inkişaf baxımından mühüm rol oynayacaq. Oktay hesab edir ki, layihə bölgədə davamlı sülhün formalaşmasına da töhfə verə bilər.

Açıqlamada vurğulanıb ki, Türkiyə dövləti qonşu ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hər zaman hörmət göstərir. Eyni zamanda qeyd edilib ki, sərhəd təhlükəsizliyinin təmin olunması məqsədilə böhran vəziyyəti olub-olmamasından asılı olmayaraq 7 gün 24 saat prinsipi əsasında zəruri tədbirlər həyata keçirilir.

Meksikada federal təhlükəsizlik qüvvələrinin mütəşəkkil cinayətkar qruplaşmalara qarşı keçirdiyi irimiqyaslı əməliyyatdan sonra ölkənin bir çox ştatında zorakılıq halları kəskin artıb. Bu vəziyyətlə əlaqədar Türkiyənin Meksikadakı Səfirliyi orada yaşayan və səfər edən Türk vətəndaşlarına müraciət edərək ehtiyatlı olmağa çağırıb. Səfirlik tərəfindən yayımlanan bəyanatda hadisələrin diqqətlə izlənildiyi və vətəndaşların təhlükəsizlik qaydalarına ciddi riayət etməli olduğu vurğulanıb.

Türkiyənin Ticarət naziri Ömər Bolat Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilə ikitərəfli görüş keçirib. Görüş zamanı əsas müzakirə mövzusu iki ölkə arasında 100 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatmaq üçün atılacaq addımlar olub. Tərəflər ticarət və iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi, mövcud əməkdaşlığın davamlılığının gücləndirilməsi məsələlərində razılıq əldə ediblər.

Türkiyə beynəlxalq sabitləşdirmə səylərinə töhfə verməyə hazırdır və iki dövlət prinsipinə əsaslanan ədalətli və davamlı bir sülhün əldə edilməsini dəstəkləməyə davam edəcək. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Sülh Şurasının Vaşinqtonda keçirilən ilk iclasında deyib. Fidan qeyd edib ki, kollektiv diplomatik səylərə baxmayaraq, humanitar vəziyyət kövrək olaraq qalır və atəşkəs pozuntuları davam edir.