ABŞ Prezidenti Donald Tramp Konqresə təqdim etdiyi 2027-ci il büdcə layihəsində hərbi xərclərin rekord həddə – 1.5 trilyon dollara çatdırılmasını tələb edib. Bu rəqəm ötən illə müqayisədə hərbi büdcənin təxminən 40 faiz artırılması deməkdir. Büdcə müraciəti Ağ Evin "Güc vasitəsilə sülh" strategiyasına sadiqliyini və daxili proqramların hesabına hərbi modernləşməyə üstünlük verdiyini nümayiş etdirir.
#Federal büdcə ixtisarları
ABŞ-da federal hökumət, yeni maliyyə ili başlamazdan əvvəl Konqresin keçici büdcə layihəsini təsdiq edə bilməməsi səbəbilə bağlanıb. Bu, 2019-cu ildən bəri ilk dəfə federal hökumətin rəsmi şəkildə fəaliyyətini dayandırmasıdır. 2025-ci maliyyə ilinin 30 sentyabrda başa çatması ilə yeni büdcə planı üzərində razılıq əldə olunmayıb. Nümayəndələr Palatası daha əvvəl 21 noyabra qədər maliyyə təmin edən keçici büdcə layihəsini qəbul etsə də, Senat həm Demokratların, həm də Respublikaçıların təkliflərini rədd edib.
ABŞ prezidenti Donald Trampın Personal İdarəetmə İdarəsinin direktoru Skott Kupor bildirib — bu il təxminən 300 min dövlət sektoru işçisi vəzifədən ayrılacaq. Bu, yanvar ayından bəri federal mülki işçi qüvvəsinin 12,5% azalması deməkdir. Kuporun sözlərinə görə, bu ayrılmaların 80%-i könüllü, qalan 20%-i isə məcburi ixtisarlar yolu ilə həyata keçiriləcək.
ABŞ Konqresinin Nümayəndələr Palatası Trampın 9,1 milyard dollarlıq ixtisar paketini təsdiqləyib.
ABŞ prezidenti Donald Tramp administrasiyasının dövlət sektorunda ixtisar siyasəti çərçivəsində NASA-nın 2145 yüksək vəzifəli əməkdaşı işini tərk etməyə hazırlaşır.