Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün Çinin Tyanjin şəhərinə gedib. Bu gün Tokayev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında görüş keçiriləcək.
#Çin
Prezidentin kommunikasiyalar üzrə direktoru Burhanəddin Duran sosial media hesabında açıqlama verərək, Ərdoğanın 31 avqust - 1 sentyabr 2025 tarixlərində Tianjin şəhərində keçiriləcək ŞƏT Zirvəsində iştirak edəcəyini bildirib. Duran, Ərdoğanın sentyabrın 1-də genişləndirilmiş formatda keçiriləcək toplantıda çıxış edəcəyini və ev sahibi Çin Xalq Respublikasının Sədri Si Cinpin də daxil olmaqla digər liderlərlə ikitərəfli görüşlər keçirəcəyini qeyd edib.
Rusiya prezidenti Vladimir Putin sentyabrın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Bu barədə Kremlin nümayəndəsi Yuri Uşakov məlumat verib.
Boksçulardan Haqverdi Həsənov (63 kiloqram) turnirin qalibi olub. O, finalda qazaxıstanlı rəqibinə qalib gəlib. Səftər Məmmədzadə (+80 kiloqram) gümüş, Raul Heydərli (57 kiloqram) və Adil Zalov (70 kiloqram) bürünc medal qazanıblar.
Türkiyə 2025-cü ilin iyul ayında Çinə xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 26,9 faiz azalaraq, 1 milyon 149 min 5 dollara çatdırıb. 2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Çinə xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz artaraq, 8 milyon 412 min 3 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz artaraq, 1 milyard 521 milyon 195 min dollara bərabər olub.
Tokiodakı Jiji agentliyinin hökumət mənbələrinə istinadən verdiyi məlumata görə, yerləşdirmə 11-25 sentyabr tarixlərində ABŞ Dəniz Piyadaları və Yaponiya Özünümüdafiə Qüvvələrinin “Qətiyyətli Əjdaha” təlimi zamanı baş tutacaq. Yaponiyanın ən qərb adası olan Yonaquni, Tayvandan təxminən 110 km məsafədə yerləşir və Tayvan boğazında potensial geosiyasi münaqişələr üçün strateji əhəmiyyətə malikdir. “Qətiyyətli Əjdaha” təlimi, Yaponiya ətrafındakı ucqar adaların müdafiəsinə fokuslanan ən böyük hərbi təlimlərdən biridir. X platformasında yayılan fikirlər, ABŞ-ın bu addımının Çinin regiondakı hərbi fəaliyyətlərinə cavab olduğunu və gərginliyi artıra biləcəyini göstərir.
Çinə rəsmi səfər çərçivəsində Qurbanqulu Berdiməhəmmədov adına Uşaqlara Yardım Fondunda müalicə işləri üzrə vitse-prezident Oqulcahan Atabayeva ilə Çin Xalq Respublikasının təhsil naziri Huay Szinpen arasında görüş keçirilib.
Yaponiya Xarici İşlər Nazirliyinin yazılı açıqlamasına görə, Çin iki ölkə arasındakı coğrafi median xəttin öz tərəfində yeni bir struktur qurmağa başlayıb. Bəyanatda Çinin bu təktərəfli fəaliyyətləri “son dərəcə təəssüf doğurucu” kimi qiymətləndirilərək, Pekin bu fəaliyyətləri dayandırmağa və 2008-ci ildə bağlanmış birgə resurs inkişafı sazişinə uyğun danışıqları bərpa etməyə çağırılıb. Yaponiyanın baş katibi Yoşimasa Hayaşi, eksklüziv iqtisadi zonaların və kontinental şelfin sərhədlərinin hələ müəyyənləşdirilmədiyini vurğulayaraq, Çinin hərəkətlərinin qəbuledilməz olduğunu bildirib.
Qazaxıstan prezidenti avqustun 31-dən sentyabrın 1-dək Şanxay Əməkdaşlıq Təşkilatının sammitində və Tyantszin şəhərində keçiriləcək “ŞƏT Plus” toplantısında iştirak edəcək. Sentyabrın 2-də Pekində Qasım-Jomart Tokayev “Qazaxıstan-Çin” İşgüzar Şurasının iclasında çıxış edəcəyi və aparıcı Çin şirkətlərinin rəhbərləri ilə görüşlər keçirəcəyi də qeyd edilir.
ABŞ prezidenti Donald Tramp bu il ərzində və ya qısa müddət sonra Çinə səfər etməyi planlaşdırır. Bu barədə Tramp Ağ Evdə Cənubi Koreya prezidenti Li Çje Myon ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib. “Çox ehtimal ki, bu il ərzində və ya tezliklə Çinə səfər edəcəyik” – deyə, D.Tramp bildirib.
Türkiyə 2025-cü ilin iyul ayında Çinə hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz azalaraq, 3 milyon 709 min 46 dollara çatdırıb. 2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Çinə hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz azalaraq, 25 milyon 689 min 39 dollara bərabər olub.
Vyetnamda yaxınlaşan “Kajiki” qasırğası səbəbindən güclü yağış, daşqın və torpaq sürüşməsi riski ilə əlaqədar 586 mindən çox insanın təxliyəsinə qərar verilib. Rəsmilər bəzi çaylarda suyun səviyyəsinin artması ilə bağlı 2 və 3-cü səviyyəli xəbərdarlıqlar yayıb. Müdafiə Nazirliyi fəsadlarla mübarizə üçün 350 min hüquq-mühafizə əməkdaşı və 8 200 hərbi texnika cəlb edib. Qeyd edək ki, Çinin cənubundakı Hainan adasında da “Kajiki” ilə bağlı 4-cü dərəcəli fövqəladə vəziyyət elan edilib. Bu, Sakit Okeanda bu il qeydə alınan 13-cü tayfundur.