Çinin məşhur kurort adası Haynanda güclənən “Kadziki” tropik fırtınası səbəbindən 20 min nəfər təxliyə edilib. Məlumata görə, adada ictimai iaşə obyektlərinin fəaliyyəti dayandırılıb, ictimai nəqliyyatın işi tamamilə dayandırılıb. Bundan əlavə, 30 mindən çox balıqçı gəmisi limana geri qayıdıb, 2,8 mindən artıq xilasedici isə operativ yardıma hazır vəziyyətə gətirilib.
#Çin
Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin 2025-ci ildə Tyançində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammitində iştirak edəcək. Nazirliyin açıqlamasında bildirilib ki, Si Cinpin ŞƏT-ə üzv dövlət başçılarının Şurasının 25-ci iclasına və SCO+ formatında keçiriləcək görüşə sədrlik edəcək, həmçinin proqram xarakterli çıxış edəcək.
Məlumata əsasən, bazada bir briqada gücündə hərbi hissə yerləşdirilib. Onlar altı–doqquz ədəd nüvə başlığı daşıya bilən qitələrarası ballistik raket və onların mobil buraxılış qurğuları ilə silahlanıb. Analitiklər xəbərdarlıq edirlər ki, bu raketlər həm Şərqi Asiya ölkələri, həm də ABŞ-ın materik hissəsi üçün potensial nüvə təhlükəsi yaradır.
ABŞ Çinlə mümkün silahlı qarşıdurmaya hazırlıq məqsədilə dənizdə istifadə ediləcək pilotsuz aparat donanması üzərində işləyir. Prototiplərin sınaqları Kaliforniya sahillərində, Sakit okeanda keçirilib. Testlər zamanı gəmilərdən biri proqram təminatındakı nasazlıq səbəbindən qəfil dayanaraq okeanda sürüklənib, digər sürətli pilotsuz kater isə ona çırpılaraq göyərtənin üzərindən aşıb keçib.
Tayvan Müdafiə Nazirliyi adanın yaxınlığında 21 Çin hərbi təyyarəsi və 7 döyüş gəmisinin müşahidə olunduğunu açıqlayıb. Açıqlamaya görə, təyyarələrin 17-si Tayvan boğazında media xəttini keçərək Tayvanın “Hava Hücumundan Müdafiə İdentifikasiya Bölgəsi (ADIZ)”nin cənub-qərbində uçub. Tayvan ordusu həm təyyarələr, həm də gəmilər üçün müşahidə və cavab tədbirləri həyata keçirib. Çin Tayvanı ərazisinin bir hissəsi hesab edir, lakin ada 1949-cu ildən de-fakto müstəqil olaraq fəaliyyət göstərir və materik Çinlə suverenlik mübahisəsi davam edir.
Əfqanıstan müdafiə naziri Məhəmməd Yaqub Mücahid Rusiya, ABŞ və Çini ölkəsi uğrunda hərbi qarşıdurma deyil, iqtisadi və ticarət əməkdaşlığı sahəsində rəqabət aparmağa çağırıb. Mücahid bildirib ki, böyük güclər arasında qarşılıqlı güvən mövcuddur.
Türkiyə 2025-cü ilin iyul ayında Çinə kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 20,8 faiz azalaraq, 50 milyon 599 min 27 dollara çatdırıb. Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Rusiya şirkətlərinin Çin tərəfdaşlarından borcların geri alınmasında çətinliklər yaşanır, məsələlər getdikcə daha çox məhkəmələrdə və kollektorların iştirakı ilə həll olunur.
2025-ci ilin yanvar- iyul aylarında Çindən Türk limanlarına 3 milyon 522 min 320 ton yük daşınıb. Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər Çindən Türkiyə limanlarına yük daşınmayıb. “Bu ilin yanvar- iyul aylarında Çindən Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 3 milyon 478 min 711 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər. Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu müddət ərzində Çindən Türkiyəyə Çin bayrağı ilə üzən gəmilərlə 43 min 609 ton yük çatdırılıb. 2025-ci ilin yanvar- iyul aylarında Çindən Türkiyə limanlarına 903 min 364 ton tranzit yük daşınıb.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın müdafiə-sənaye kompleksinə qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiya siyahısında ümumilikdə 39 fiziki şəxs və 55 şirkət var. Onların arasında 43-ü Rusiya, 10-u Çin, 2-si isə Belarus mənşəlidir. Siyahıya daxil edilən rus şirkətləri arasında “Energiya”, Pilotsuz Sistemlər və Texnologiyalar Mərkəzi, habelə “Neyrolab” Süni İntellekt Texnologiyaları Mərkəzi da yer alır.
Çinin şimalında yerləşən Daxili Monqolustan muxtar bölgəsində baş verən güclü daşqın nəticəsində azı səkkiz nəfər həyatını itirib, dörd nəfər isə itkin düşüb. Bu barədə Çinin “Sinxua” agentliyi məlumat yayıb.
Tamblinq üzrə təmsilçimiz Tofiq Əliyev yarışda tarixi nailiyyətə imza atıb. Gimnastımız tamblinq cığırında çətin element olan üçlü salto və üçlü vint kombinasiyasını uğurla icra edərək 30.500 xal toplayıb və gümüş medala layiq görülüb.