#SDQ və Suriya ordusunun birləşməsi

Suriya Ərəb Xəbər Agentliyinin (SANA) yaydığı məlumata görə, Hələb şəhərində Suriya Demokratik Qüvvələri (SDQ) tərəfindən pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilən hücum nəticəsində Suriya ordusunun bir hərbçisi həlak olub, bir neçə hərbçi isə yaralanıb. Məlumata əsasən, hücum Hələbin Şeyx Məqsud məhəlləsi ətrafında Suriya ordusunun mövqelərinin yerləşdiyi ərazilərə yönəlib. Bildirilir ki, SDQ qüvvələri həmin mövqeləri pilotsuz uçuş aparatları vasitəsilə hədəfə alıb.

Suriyada SDQ adından istifadə edən YPG/PKK terror təşkilatının Hələb şəhərində nəzarət-buraxılış məntəqəsinə təşkil etdiyi silahlı hücum nəticəsində bir daxili təhlükəsizlik əməkdaşı yaralanıb. Yerli mənbələrdən əldə edilən məlumata görə, YPG/PKK terror təşkilatı Hələbin Şihan bölgəsində Suriya daxili təhlükəsizlik qüvvələrinə məxsus nöqtəyə silahlı hücum həyata keçirib. Hücum zamanı bir daxili təhlükəsizlik əməkdaşı yaralanıb.

Türkiyənin xarici işlər naziri Hakan Fidan və Suriyanın xarici işlər naziri Esad Hasan Şeybani Dəməşqdə görüşərək Suriya Demokratik Qüvvələri (SDQ) ilə inteqrasiya və Şimal-Şərq bölgəsindəki vəziyyəti müzakirə edib. Nazir Fidan bildirib ki, SDQ Dəməşq ilə aparılan inteqrasiya danışıqlarında irəliləyişə maraq göstərmir. O vurğulayıb ki, SDQ-nin bəzi fəaliyyətlərini İsrail ilə koordinasiya şəraitində həyata keçirməsi, Dəməşq ilə aparılan danışıqlarda ciddi əngəl yaradır. Suriya xarici işlər naziri Şeybani isə qeyd edib ki, Şimal-şərqin inteqrasiyası məsələsində SDQ-dən heç bir iradə görünmür. O əlavə edib ki, Cezire bölgəsinə daha çox diqqət yetiriləcək və Suriya dövləti həmin ərazidə mövcud olacaq.

Türkiyənin Milli Müdafiə Naziri Yaşar Gülər, Suriya Demokratik Qüvvələrinin (SDQ) Suriya ordusuna inteqrasiya olmayı qəbul etməməsi halında, Türkiyənin lazım olan addımları heç kimə soruşmadan atacağını açıqlayıb. Türkiyədə davam edən “Terrorsuz Türkiyə” prosesinin Suriya aspektlərinə dair danışan Nazir, 10 martda Dəməşq ilə SDQ arasında imzalanan razılaşmaya da diqqət çəkib.

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı terrordan azad Türkiyə hədəfinə nail olmaq üçün iradəli olduqlarını vurğulayıb. O bildirib ki, terror problemini həll etməklə həm Türkiyə, həm də türk xalqı qazanacaq və prosesə mane olmaq istəyənlərə sərt reaksiya göstərəcək. “Şəhid ailələrimiz narahat olmasın, qazilərimiz qorxuya düşməsin. Heç vaxt başlarını aşağı etməyəcəyik. Bizim heç bir bazarlığımız yoxdur və Türkiyənin suverenliyini zədələyəcək hər hansı yanlış addımda yer almarıq”, – Bahçeli qeyd edib.

ABŞ-nin Türkiyə səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak, Qəzzada əldə olunan atəşkəsi dəyərləndirərək bildirib ki, Türkiyənin iştirakı olmasa, tərəflər razılığa gələ bilməzdi. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp bu səbəbdən Prezident Rəcəb Tayyib Ərdoğana dörd dəfə təşəkkür edib.

Suriya Müdafiə Nazirliyi, SDQ (Suriya Demokratik Qüvvələri) adından istifadə edən PKK/YPG terror qruplaşmasının "Suriya ordusunun Hələb ətrafındakı Deyr Hafir bölgəsindəki mülki yaşayış məntəqələrinə hücum etdiyi" iddialarının həqiqəti əks etdirmədiyini bildirib. Nazirliyin yaydığı açıqlamada, SDQ-nin (PKK/YPG) Hələb bölgəsində mülki əhaliyə hücumlar təşkil edildiyi ilə bağlı iddialarının tamamilə əsassız olduğu vurğulanıb.

"Demokratik Güclər" adı altında gizlənən və ABŞ tərəfindən dəstəklənən terror qruplaşması ilə Suriya hökumət qüvvələri arasında toqquşma qaçılmazdır". Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu kürdlərin rəhbərlik etdiyi terrorçu Suriya Demokratik Qüvvələrinin (SDQ) bölmələri ilə Suriya ordusu arasında baş verən insidenti şərh edərkən deyib. Ekspert bildirib ki, Suriya ilə İsrail arasında detalları açıqlanmayan danışıqlar gedir:

Türkiyə, Suriyanın sabitliyi və təhlükəsizliyi, eləcə də bölgənin əmin-amanlığı üçün, başda terror təşkilatları ilə mübarizə olmaqla, Suriya hökuməti ilə sıx əməkdaşlığı davam etdirməkdə və ‘Tək Dövlət, Tək Ordu’ prinsipini dəstəkləməkdə qərarlıdır. Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri və sözçüsü Tuğamiral Zəki Aktürk, nazirlikdə keçirilən həftəlik mətbuat konfransında bu açıqlamanı səsləndirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci Baş Assambleyası çərçivəsində səfərdə olduğu ABŞ-ın Nyu-York şəhərində diplomatik fəaliyyətlərini davam etdirir. Ərdoğan, Nyu-Yorkdakı Türk Evinə yerləşən diplomatik nümayəndəlikdə Suriya Prezidenti Əhməd əş-Şəraa ilə görüş keçirib. Görüş zamanı Türkiyə ilə Suriya arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.