#Belçika

Qətərin dövlət neft-qaz şirkəti QatarEnergy raket zərbələrinin nəticələrinin aradan qaldırılmasının 5 ilə qədər davam edə biləcəyini açıqlayıb. Onun sözlərinə görə, bu vəziyyət şirkəti Çin, Cənubi Koreya, İtaliya və Belçikaya mayeləşdirilmiş təbii qaz (LNG) üzrə uzunmüddətli tədarüklərdə fors-major elan etməyə məcbur edə bilər.

Görüşdə qeyd olunub ki, Azərbaycan regionda sabitlik və konstruktiv əməkdaşlıq üçün mühüm rol oynayır. Bu baxımdan ölkənin enerji siyasəti, xüsusilə bərpa olunan enerji mənbələrinin inkişafı və enerji dəhlizlərinin yaradılması beynəlxalq tərəfdaşların diqqətini cəlb edir. Hazırda Azərbaycanda külək və günəş enerjisi ilə işləyən11 elektrik stansiyası layihəsinin icra olunduğu və yeni generasiya güclərinin elektrik şəbəkəsinə qoşulma imkanlarının qiymətləndirilməsi məqsədilə şəbəkə üzrə xüsusi araşdırma aparıldığı diqqətə çatdırılıb. Həmçinin enerji istehsalına tələbatı artıran data mərkəzlərinin yaradılması planları və elektrik enerjisinin Avropaya ixracı üçün nəzərdə tutulan infrastruktur layihələri barədə məlumat verilib. Bildirilib ki, 2032-ci ildən etibarən Şərqi Avropa ilə elektrik bağlantısının yaradılması planlaşdırılır. Bu baxımdan Azərbaycan enerji istehsalı layihələrində iştirak edən və daha sonra həmin enerjini Şərqi Avropa bazarlarında ticarətə çıxaran Avropa şirkətləri ilə əməkdaşlıqda maraqlıdır.

Belçikanın müdafiə naziri Teo Franken Brüsseldə keçirilən Avropa Müdafiə Sərgisi və Konfransı (BEDEX) çərçivəsində Türkiyənin ASELSAN şirkətinin stendini ziyarət edib. Nazir Franken Türkiyənin müdafiə sənayesi sahəsindəki nailiyyətlərini yüksək qiymətləndirərək bildirib ki, Türkiyə böyük və güclü bir ölkə olmaqla yanaşı, həm də qüdrətli orduya və zəngin hərbi təcrübəyə malikdir. O, Belçikanın müəyyən imkanlara sahib olmasına baxmayaraq, Türkiyənin bu sahədəki geniş təcrübəsindən öyrənilməli olan bir çox məqamların olduğunu vurğulayıb.

Belçika hökuməti İran ətrafında yaranmış gərginlik fonunda ABŞ və İsrailin hərbi əməliyyatlarına qoşulmayacağını açıqlayıb. Teo Frankken bildirib ki, hələlik rəsmi yardım müraciəti daxil olmayıb. Bununla belə, İordaniya və ya Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr beynəlxalq hüquqa uyğun müraciət edərsə, Belçika həmin ölkələrə dəstək verməyə hazır ola bilər.

Belçika xarici işlər naziri Maksim Prevo ABŞ Prezidenti Donald Trampın Qrenlandiya üzərində “tam və mütləq nəzarət” qurmaq niyyətini kəskin tənqid edib. Prevo vurğulayıb ki, NATO ailəsi daxilində müttəfiqlərə qarşı təzyiq və şantaj dili istifadə etmək yolverilməzdir. Onun sözlərinə görə, Vaşinqtonun Danimarkaya bağlı muxtar bölgə olan Qrenlandiya üzərində nəzarət iddiaları həm Avropa İttifaqı, həm də transatlantik münasibətlər üçün təhlükəli presedent yaradır.

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO Baş Qərargahını ziyarət edib. Bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyi "X" sosial şəbəkə hesabındakı paylaşımında qeyd olunub. Brüsselə səfəri çərçivəsində NATO Baş Qərargahında Azərbaycan Prezidentinin köməkçisi NATO-nun Şimal Atlantik Şurasının səfirləri, eləcə də Baş katibin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi Ruqe Borislə görüşüb.

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb. Bildirilib ki, o, UEFA Gənclər Liqasının liqa mərhələsində keçiriləcək “Qalatasaray” (Türkiyə) – “Union” (Belçika) oyununun UEFA nümayəndəsi olacaq. Görüş noyabrın 25-də İstanbulda yerləşən “Esenler Erokspor” stadionunda təşkil olunacaq.

ABŞ, Belçikada son vaxtlar artan dron fəaliyyətinə qarşı mübarizə aparmaq üçün dəstək təklifi edib. Belçikanın yüksək tirajlı qəzeti Le Soirın məlumatına görə, Almaniya, Fransa və İngiltərədən sonra ABŞ da Belçikaya yardım təklifi irəli sürüb. Müdafiə naziri Teo Franken Nümayəndələr Palatasında çıxışı zamanı ölkənin kritik bölgələrində müşahidə olunan icazəsiz dron uçuşlarına qarşı “müttəfiq ölkələrlə koordinasiyalı təhlükəsizlik addımı” həyata keçirildiyini bildirib.