Böyük Britaniya, sentyabr ayında BMT Baş Assambleyasının sessiyası ərəfəsində Fələstin dövlətini tanıyacağını bəyan edib.
#İsrail və Fələstin münaqişəsi 2025
Belçikada iki müxalifət partiyası hökuməti Fələstin dövlətini rəsmi şəkildə tanımağa çağırıb. Bu təşəbbüs Fransanın Fələstini tanımaq qərarından sonra ölkədə yenidən gündəmə gəlib.
Ümumilikdə, 2023-cü il oktyabrın 7-dən bu günə qədər Qəzzada 60 min 34 nəfər ölüb, 145 min 870 nəfər yaralanıb. Səhiyyə mənbələri, həmçinin minlərlə cəsədin dağıntılar altında qaldığını və hələ də çıxarılmadığını bildirir.
Reallıq budur ki, biz həlledici bir mərhələdəyik, iki dövlətli həll heç vaxt bu qədər uzaqda olmayıb. İki dövlətli həll beynəlxalq hüquqda öz əksini tapan, BMT Baş Assambleyası tərəfindən qəbul edilən və beynəlxalq ictimaiyyətin dəstəklədiyi yeganə əsasdır.
Qəzza zolağında dərinləşən aclığın qarşısını almaq üçün bütün sərhəd keçidlərinin dərhal və tam şəkildə açılması vacibdir.
Qəzza şəhərindəki Şifa xəstəxanasında Məhəmməd İbrahim Ades adlı 7 aylıq körpə şiddətli aclıq və uşaq qidası çatışmazlığı səbəbindən həyatını itirib. Qəzzada son 24 saatda ikisi uşaq olmaqla 6 fələstinli aclıqdan ölüb.
AzerVoice xəbər verir ki, Qəzzaya qarşı blokadanı gücləndirərək, yardım axınını məhdudlaşdıraraq humanitar fəlakətə səbəb olan İsrail, köçkün fələstinlilərin çadırlarını, yardım istəyən mülki vətəndaşları və yaşayış məntəqələrini hədəfə alıb.
Fələstin dövləti reallıqda mövcud olmadan tanınmamalıdır. Meloni bu fikirləri İtaliyanın nüfuzlu "La Repubblica" qəzetinə verdiyi müsahibəsində səsləndirib.
Fransanın xarici işlər naziri Jan-Noel Baro bildirib ki, Parisin Fələstin dövlətini tanıması HƏMAS-ın mövqeyinə qarşı bir mesajdır və iki dövlətli həllə dəstəyi ifadə edir. Makron bu addımı BMT-də rəsmi elan edəcək.
AzerVoice xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə məlumat yayıb. İsrailin Qəzza zolağının şimal-qərbindəki Sudaniya bölgəsini bombalaması nəticəsində 3 fələstinli həlak olub.
Fransa Prezidenti Emmanuel Makron sentyabr ayında keçiriləcək BMT Baş Assambleyasının sessiyasında ölkəsinin Fələstin dövlətini rəsmi şəkildə tanıyacağını bəyan edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Malayziyanın Baş naziri Ənvər İbrahim arasında telefon danışığı baş tutub.